Baran () — Belarusun şərqində, Vitebsk vilayətinin Orşa rayonunda yerləşən şəhərdir.

O, vilayətin cənub-şərqində və Orşa şəhərindən bir neçə kilometr məsafədə yerləşir.

2009-cu ildə əhalisi 11 662 nəfər idi. 2025-ci il etibarilə əhalisinin sayı 10 131 nəfərdir.

Tarixi Baran ilk dəfə 1470-ci ildə xatırlanmış və 1598-ci ildə Kşiştof Radzivill tərəfindən şəhər hüququ almışdır. O dövrdə ərazi Polşaya məxsus idi. 1772-ci ildə, Polşanın birinci bölünməsi zamanı Baran Rusiyaya verildi və Mogilyov quberniyası daxilindəki Orşa qəzasının Baranskaya volostunun mərkəzi olan kəndə (selo) çevrildi. 1777-ci ildə əyalətlər ləğv edildi və Baran Orşa qəzasında adi bir kənd oldu. 1919-cu ildə Mogilyov quberniyası ləğv edildi və Baran Qomel quberniyasına verildi. 1920-ci ildə Orşa qəzası Baran ilə birlikdə Vitebsk quberniyasına verildi, 1924-cü ildə isə quberniya ləğv edildi.

1924-cü ildən Baran Sovet İttifaqı tərkibindəki Belorusiya SSR-in Vitebsk dairəsinə aid olan Orşa rayonunun bir hissəsi oldu. 1935-ci ildə Baran şəhər tipli qəsəbə statusu aldı. 15 yanvar 1938-ci ildə Vitebsk vilayəti yaradıldı və Orşa rayonu Baran ilə birlikdə bu vilayətə daxil edildi.

İkinci Dünya müharibəsi zamanı Baran 16 iyul 1941-ci ildən Almaniya qoşunları tərəfindən işğal edildi və 1944-cü ilin fevralına qədər hərbi işğal altında qaldı. 1939-cu il Sovet siyahıyaalınması zamanı 1 589 nəfərlik ümumi əhalidən 81 nəfərinin yəhudi olduğu qeydə alınmışdı. Yəhudilərin bir qismi qaçmağı bacarsa da, yəhudi əhalisinin təxminən yarısı işğalın əvvəlində Baranda qalmışdı. Yəhudi əhalisi yeddi ay müxtəlif ağır işlərdə çalışdırıldıqdan və iki evdən ibarət gettoda yaşadıqdan sonra 8 iyul 1942-ci ildə qətlə yetirildi. Barandakı yəhudilərin kütləvi güllələnməsinin bir şahidi belə ifadə vermişdi: "Cinayətkarlar 6 nəfərlik xüsusi bir bölmədə toplanmışdılar. Onların qara formaları və pulemyotları var idi. Polislər yəhudiləri məzarın önünə atırdılar, daha sonra onlar ailələri ilə birlikdə güllələnirdilər".

1960-cı ildə Orşa vilayət tabeliyində olan şəhər elan edildi, Baran isə Orşa rayonundan çıxarılaraq Orşa şəhərinin tabeliyinə verildi. 1972-ci ildə Baran şəhər statusu aldı.

İqtisadiyyatı

Sənayesi 1873-cü ildə mülkədar Mejinski Baranda mismar istehsal edən mexaniki zavod qurdu. İkinci Dünya müharibəsi zamanı zavod şərqə təxliyə edildi, müharibədən sonra isə bərpa edilərək radio stansiyalarının istehsalına başladı.

Nəqliyyatı Baran Orşanı Şklov və daha sonra Mogilyov ilə birləşdirən avtomobil yolunun üzərində yerləşir. Orşa və Mogilyovu birləşdirən dəmiryolu üzərindəki ən yaxın stansiya şəhərin bir qədər kənarında yerləşən Xorobrovo stansiyasıdır.

Mədəniyyət və istirahət Köhnə şəhərin demək olar ki, heç bir izi qalmayıb. 1917-ci ildən əvvəlki dövrə aid diqqətçəkən yalnız iki bina var: yoxsullar evi (sığınacaq) və mexaniki emalatxana.

İstinadlar

Mənbələr

Kateqoriya:Belarusun yaşayış məntəqələri Kateqoriya:Belarus şəhərləri Kateqoriya:Belarusda Holokost yerləri