Anastasiya Valerevna Afanasyeva (; ) — ukraynalı şairə və tərcüməçi (əsərlərini rus dilində yazır).
Həyatı Anastasiya Afanasyeva Xarkov Dövlət Tibb Universitetini bitirib, həkim-psixiatr işləyir. O, Xarkovda yaşayır.
Şeirləri, nəsri, müasir poeziya haqqında məqalələri və müsahibələri "Drujba narodov", "Novıy mir", "Novoye literaturnoye obozreniye", “©oyuz Pisateley", "Ural", "Zinziver" jurnallarında, "Vavilon" almanaxında, "Bratskaya kolıbel", "Osvobojdyonniy Uliss" antologiyalarında və digər nəşrlərdə dərc olunub. "Kasıb ağ adamlar" (2005), "Səslər danışır" (2007), "Ağ divarlar" (2010), "Ağ əsgər, qara əsgər" (2010), "Boş kürə" (2012), "İzlər" (2014) adlı şeir və nəsr toplularının, həmçinin "Ağ orada, ağ burada" (3 CD, 2011) audio-toplularının müəllifidir. Şeirləri ukrain, belarus, ingilis və italyan dillərinə tərcümə edilib.
2005-ci ildə "RETS" jurnalı mükafatı, 2006-cı ildə "Rusiya mükafatı", 2007-ci ildə "LiteratuRRentgen" mükafatı, 2014-cü ildə isə "İzlər" şeirlər kitabına görə "Poeziya" nominasiyasında "Debüt" mükafatı laureatı olub.Пресс-релиз независимой литературной премии «Дебют» от 11 декабря 2014 г. Лауреаты 2014 года
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya silahlı müdaxiləsindən sonra Xarkovdan təxliyə olunmuş və bu barədə yazmışdır: Biz zirzəmimizdən çıxan sonuncular idik, Artıq dözə bilmirdik dinləməyə – Havanın parçalanmasını; sağda və solda, Yaxında və uzaqda, haranı vursa da.
Rəylər Rusiyalı şairə və ədəbi tənqidçi Nataliya Çernıxın fikrincə, "Afanasyevanın poetik dünyagörüşünü mozaik adlandırmaq olar: hər bir mini-fraqment (metafora və ya metonimik köçürmə) kifayət qədər dəqiq sərhədlərə malikdir. Lakin bu sərhədlər qapalı deyil, sanki məna bəndlərində bir-birinə qarışıb. Bu həm sərbəst, həm də metrik cəhətdən təşkil olunmuş şeirdir. Afanasyeva fərdi və tanınan söz plastikasına malik şairdir".
Əsərləri Müəllif topluları
Диск 1. Из книг «Голоса говорят» (2007) и «Бедные белые люди» (, АРГО-РИСК, 2005). Диск 2. Из книги «Белые стены» (, НЛО, 2010). Диск 3. Из четвёртой книги (2011).
Tərcümələri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:XXI əsr qadın yazıçıları Kateqoriya:Ukraynanın qadın yazıçıları Kateqoriya:Ukraynanın qadın şairləri