Cek Şostak () — Polşa-Britaniya əsilli Kanada-Amerika bioloqu, sitogenetik mütəxəssis.

Harvard Kollecində həkim, professor, Massaçusets Ümumi Xəstəxanasında və Hovard Hyuz Tibb İnstitutunda tədqiqatçı, Milli Elmlər Akademiyasının (1998il)Jack W. Szostak Архивная копия от 30 сентября 2018 на Wayback Machine (англ.)60 New Members Chosen by Academy Архивная копия от 30 сентября 2018 на Wayback Machine, 28 апреля 1998 (англ.) və Amerika Fəlsəfi Cəmiyyətinin (2012il),APS Member History. Дата обращения: 8 марта 2021. Архивировано 7 февраля 2021 года. eləcə də London Kral Cəmiyyətinin (2019il)Jack Szostak Архивная копия от 16 декабря 2019 на Wayback Machine (англ.) üzvü. 1971-ci ildə Aleksey Olovnikovun təklif etdiyi nəzəriyyəyə uyğun olaraq, "Xromosomların telomerlərlə və telomeraza fermenti ilə necə qorunduğunu kəşf etdiklərinə görə" Kerol Qreyder və Elizabet Bləkbörn ilə birlikdə 2009-cu ildə Nobel mükafatına layiq görülüb.The 2009 Nobel Prize in Physiology or Medicine — Press Release (англ.) (pdf). Дата обращения: 5 октября 2009. Архивировано из оригинала 15 октября 2010 года.

Həyat yolu O, Kanadada böyüyüb. Makgill Universitetini hüceyrə biologiyası üzrə bakalavr dərəcəsini bitirib. Kornell Universitetində doktorluq dərəcəsi alıb və daha sonra Harvard Tibb Məktəbində öz laboratoriyasını qurub. Hazırda Harvard Kollecində genetika üzrə professordur. Cek Şostak, əsasən genetika sahəsində çalışırdı. O, dünyada süni maya xromosomu quran ilk alim idi. O, İnsan Geni Layihəsində fəal iştirak etmişdir. Bundan əlavə, Şostakın işi xromosom rekombinasiyasının mexanizmini anlamağımıza kömək etdi. Nyu-York Elmlər Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının və Amerika Elmin İnkişafı Assosiasiyasının üzvü.

Mükafatları 2006-cı ildə — Əsas Tibbi Tədqiqatlar üzrə Albert Lasker Mükafatı

2008-ci ildə — Heyneken Mükafatı

2009-cu ildə — Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı

İstinadlar

Kateqoriya:ABŞ genetikləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:XX əsr bioloqları Kateqoriya:XX əsr həkimləri Kateqoriya:Kanada şəxsləri Kateqoriya:Kornell Universitetinin müəllimləri