thumb|ABŞ Hərbi Dəniz Qüvvələri Akademiyasında şagirdlər STEM proqramında iştirak edərkən

STEM (Science, Technology, Engineering and Mathematics, ) — nəzəri elmi biliklərin praktiki fəaliyyət zamanı əldə edilməsinə əsaslanan təhsil yanaşmalarını ifadə edən kollektiv termindir.

Akronim STEM ilk dəfə 2001-ci ildə ABŞ Milli Elm Fondunun alimləri tərəfindən təhsil və peşə sahələrindəki trendi qeyd etmək üçün təklif edilmişdir.

Xarakterik xüsusiyyətləri

STEM — "elm" (Science), "texnologiya" (Technology), "mühəndislik" (Engineering) və "riyaziyyat" (Mathematics) sözlərindən yaranmış bir akronimdir. Zəruri dərslər elə formalaşdırılır ki, hər dörd fənn orada iştirak etsin və bir-birini tamamlasın. STEM üçün qarışıq təlim mühiti və şagirdlərə elmi metodun gündəlik həyatda necə tətbiq olunacağını nümayiş etdirmək xarakterikdir.

Əvvəlcə nəzəri biliklərin mənimsənildiyi, sonra isə onların təcrübə ilə möhkəmləndirildiyi klassik təhsildən fərqli olaraq, STEM yeni bilikləri mənimsəmək üçün tədricən mürəkkəbləşən praktiki tapşırıqlar təklif edir. Məsələn, konstruktor yığmaq vasitəsilə fizika qanunlarını öyrənmək olar. Bu zaman dərslərin böyük hissəsi qruplarda keçirilir və şagirdlər arasında aktiv ünsiyyəti nəzərdə tutur. Beləliklə, hazır biliklərin təkrarı deyil, fərdi fəallıq vasitəsilə biliklərin əldə edilməsi baş verir. STEM-in tətbiqi tapşırıqları və onların həlli yollarını formalaşdırmaq, əldə edilmiş bilikləri geniş spektrli vəziyyətlərdə istifadə etmək bacarığını təmin edir, elmi tədqiqatlara və ixtiraçılığa stimul verir, texnologiyalara qarşı müsbət münasibəti inkişaf etdirir. Müəllim burada həll yolunu tapmağa kömək edən bir mentor (məsləhətçi) rolunda çıxış edir.

Əgər dördkomponentli STEM məzmununa incəsənət də əlavə olunarsa, bu yanaşma STEAM (Art — incəsənət) adlanır. Həmçinin müəyyən elm kateqoriyalarına və ya xüsusi fəaliyyətə vurğu edən variasiyalar da mövcuddur: A-STEM — incəsənət, elm, texnologiya, mühəndislik və riyaziyyat; eSTEM — ekoloji STEM;eSTEM Academy , retrieved 2013-07-02 STEMM — elm, texnologiya, mühəndislik, riyaziyyat və tibb.

Bundan əlavə, ingilis dilində "stem" sözü "gövdə, saplaq, cücərti" mənalarını da daşıyır. Azərbaycanda da son illərdə təhsil sistemində bu metodologiyanın tətbiqi genişlənmişdir.

Dünyada STEM

thumb|Şagirdlər həndəsi fiqurun yaradılması üzrə ümumi tapşırığı yerinə yetirirlər

STEM-in yayılması riyaziyyat, təbiət elmləri, kompüter elmləri və texnologiya sahələrində mütəxəssis çatışmazlığı ilə əlaqədardır. Bu problem özünü ən kəskin şəkildə ABŞ, Böyük Britaniya və Almaniyada büruzə verir. STEM birbaşa olaraq memar, proqram təminatı tərtibatçısı, məlumat analitiki, kimya mühəndisi, elektrik mühəndisi, mexanika mühəndisi, məlumatların emalı üzrə mütəxəssis, geoloq, fizik və İT-menecer kimi peşələrdə öz davamını tapır.

STEM yanaşmasını təhsil istiqamətində ən aktiv şəkildə ABŞ təşviq edir. STEM proqramı dövlət səviyyəsində həyata keçirilir və bu yanaşma ABŞ-nin bir çox universitetlərində tətbiq olunub. STEM təhsili bir istiqamət kimi 2001-ci ildə formalaşmağa başlamışdır; həmin il E. Raup "Təşəbbüskar Elm" (sonradan "STEM.org") təşkilatını təsis etmiş və sənədlərdə ilk dəfə STEM anlayışından istifadə etmişdir. ABŞ-də didaktikanın ayrıca sahəsi kimi STEM təhsili 2009-cu ildə "Educate to Innovate" proqramı ilə fərqlənmişdir. ABŞ-də STEM təhsili Elm və Texnologiya Şurası nəzdindəki Komitə, həmçinin ABŞ Milli Elmlər Akademiyasının Elm, Mühəndislik və İctimai Siyasət Komissiyası tərəfindən əlaqələndirilir.

Böyük Britaniyada dövlət təşkilatları olmadığı halda, STEM təhsilində idarəetməni həyata keçirən iki qeyri-dövlət təşkilatı fəaliyyət göstərir: "STEMNet" və "EngineeringUK".

Finlandiyada STEM akronimi əvəzinə LUMA ifadəsi işlədilir. 2003-cü ildə Helsinkidə universitet bazasında ilk LUMA mərkəzi açılmışdır. Bu ideyanın dəstəklənməsi çərçivəsində mərkəzlər bütün ölkə boyu fəaliyyətə başlamışdır.

İrlandiyada müəllimlərin ayrı-ayrı STEM fənləri üzrə ixtisaslarını artırmaq üçün bloklara, modullara və ya seminarlara bölünmüş bir çox axşam kursları fəaliyyət göstərir.

STEM-in inkişafının perspektivli istiqamətlərindən biri təhsilin cəmiyyətin dayanıqlı inkişafının təmin edilməsi, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması və təbii ekosistemlərin süni mühitə inteqrasiyası üçün istifadə olunmasıdır.

İstinadlar

Ədəbiyyat siyahısı

Kaye Husbands Fealing, Aubrey Incorvaia, and Richard Utz, "Humanizing Science and Engineering for the Twenty-First Century." Issues in Science and Technology, Fall issue, 2022: 54–57.

Carla C. Johnson, et al., eds. (2020) Handbook of research on STEM education (Routledge, 2020).

Unesco publication on girls education in STEM – Cracking the code: girls' and women's education in science, technology, engineering and mathematics (STEM) "http://unesdoc.unesco.org/images/0025/002534/253479E.pdf "

Kateqoriya:Elm təhsili Kateqoriya:İxtisasa görə təhsil Kateqoriya:Elm və texnologiya tədqiqatları Kateqoriya:Təhsil siyasəti Kateqoriya:Mühəndislik təhsili Kateqoriya:Texnologiya təhsili Kateqoriya:Eksperimental təlim Kateqoriya:Riyaziyyat təhsili Kateqoriya:Öyrənmə proqramları