Maarif Yolu () — Azərbaycan dilində olan və Dağıstanın ilk mədəni, maarif, ədəbiyyat və incəsənət jurnalı.
Tarixi 1923-cü ildən etibarən jurnalın mütəmadi çapı təşkil olundu. Jurnal əsasən Dağıstanın Buynaksk (keçmiş Temir-Xan-Şura) şəhərində nəşr olunurdu.
1927-ci ildə jurnalın redaktoru Ədhəm Feyzi və onun ətrafındakı bir qrup ziyalı (Maqsud Şeyхzadə, S. Fitrət, T. Cəlal, F. Məmmədov) "əks-inqilabi fəaliyyətdə" ittiham olunaraq BDSİ tərəfindən həbs edilmişlər. Bu həbslər çərçivəsində Ədhəm Feyzi 3 il müddətinə həbs düşərgəsinə, Maqsud Şeyхzadə isə 3 il müddətinə sürgünə məhkum edilmişdir. Ədhəm Feyzinin gedişindən sonra jurnalın redaktoru Məhəmməd Kazım Əli Əkbərli oldu.
1932-ci ildə jurnal bağlandı.
Maraqlı faktlar Əbülhəsən Ələkbərzadənin ədəbi debütü 1926-cı ildə Mahaçqalada nəşr olunan "Maarif yolu" jurnalında çap edilmiş "Dustaq" adlı nəsr-şeiri hesab olunur.
Mir Cəlal Paşayevin 1928-ci ildə, 20 yaşında ikən qələmə aldığı ilk sanballı ədəbi-tənqidi işi olan "Ədəbiyyatda romantizm" məqaləsi Dağıstanın Mahaçqala şəhərində nəşr olunan "Maarif yolu" jurnalının 10-12-ci nömrələrində dərc edilmişdir.
Heyəti Jurnalın redaksiya heyətinə Maqsud Şeyxzadə də daxil olmaqla, Şövqi Bektörə, Əbdürrəhman İsayev, Əbdülqadir Əlqədərski, Məhəmməd Dibirov, Ziyyəddin Cavtöbəli və digərləri daxil idilər.
Həmçinin bax Kirpi (jurnal) Əkinçi (qəzet)
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:1923-cü ildə yarananlar Kateqoriya:1932-ci ildə ləğv olunanlar