Jalə Baysal (; ) — türk kitabxanaşünası, alim və yazıçısı.

O, Türkiyədə müasir kitabxanaşünaslığın qabaqcıl simalarından biridir. İstanbul Universitetinin Kitabxanaşünaslıq fakültəsinin qurulmasında iştirak etmiş, bu sahədə ilk doktorantlardan biri və Türkiyənin kitabxanaşünaslıq üzrə ilk qadın professoru olmuşdur. Tarixçi Ayşə Buğranın anasıdır. Həyatı Jalə Baysal 1926-cı ildə Kayseridə dünyaya gəlib. Kayseri Liseyini bitirdikdən sonra İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsində ali təhsil alıb. 1948-ci ildə məzun olduqdan sonra, Bəyazid Kitabxanasında işləməyə başlayıb.

24 avqust 1950-ci ildə yazıçı Tarık Buğra ilə ailə həyatı qurub.http://gazetearsivi.milliyet.com.tr/Arsiv/1950/08/25 1968-ci ildə sona çatan bu evliliyindən Ayşə adında bir qızı dünyaya gəlib.Aysel Özçelik, Tarık Buğra Biyografisi

11 il ərzində İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Sənət Tarixi Seminarı Kitabxanasında kitabxanaçı işləyib. 1951-ci ildə Ədəbiyyat fakültəsi Ümumi Kitabxanası yaradıldıqdan sonra bu müəssisədə mütəxəssis və müdir vəzifələrində çalışıb. 1962-ci ildə yeddi dostu ilə birlikdə Türk Kitabxanaçılar Dərnəyinin İstanbul şöbəsini qurub. 1965–1967-ci illərdə həmin şöbənin sədri olub.

Jalə Baysal İstanbul Universitetinin kitabxanaçılıq bölməsinin yaradılması istiqamətində böyük işlər görüb. Bölmənin ilk doktorantlarından biri olub və "Mütəfərrikadan Birinci Məşrutiyyətə qədər Osmanlı türklərinin çap etirdiyi kitablar" başlıqlı dissertasiyasını müdafiə edərək 1968-ci ildə doktorluq dərəcəsini qazanıb. Ümumilikdə 3066 kitabın yer aldığı bu tədqiqatı, tamamlamaq üçün o, 47000 kitabdan istifadə edib. Həmin il sənədləşdirmə və elmi informasiya sahələrində mütəxəssis yetişdirmək məqsədilə YUNESKO tərəfindən təqaüd qazanaraq Almaniyaya gedib. 1969-cu ildə vətəninə qayıdan Baysal, İstanbul Universitetinin Kitabxanaçılıq bölməsində "Sənədləşdirmə və Türk nəşriyyat həyatı" mövzusunda mühazirələr oxumağa başlayıb. "Rəsmi İdarə kitabxanaları və Sənədləşdirmə mərkəzləri" adlı işi ilə 1972-ci ildə dosent elmi adını qazanıb.Hasan S. Keseroğlu, Akıl ve Yürek / Bir Cumhuriyet Kadınının Tanıklığı Jale Baysal ile Söyleşi, Mephisto Yayınları, 2006 1974-cü ildə kafedra müdiri vəzifəsinə təyin olunan Jalə Baysal təqaüdə çıxana qədər iyirmi il ərzində bu vəzifəni icra edib. 1982-ci ildə "Kitabxanaçılıq sahəsində Yeni anlayışlar, vasitələr və metodlar" adlı əsəri ilə professor elmi adını alıb. O. 1993-cü ildə təqaüdə çıxıb.

O, 1990-cı ildə İstanbulda fəaliyyətə başlayan Qadın Əsərləri Kitabxanasının və 1991-ci ildə 264 ziyalının təşəbbüsü ilə yaradılan Tarix Fondunun qurucu və Müasir Həyatı Dəstəkləmə Dərnəyinin aktiv üzvlərindən biri olub. Elmi nəşrləri, kitabxanaçılıq sahəsindəki məqalə və kitabları ilə yanaşı; hekayələr, radio skeçləri və pyeslər də nəşr etdirib. "Müasir Cəmiyyətin dəyərləri" adlı kitabı, İbrahim Mütəfərrikə haqqında yazdığı "Cənnətlik İbrahim Əfəndi" adlı pyesi və "Məktəbdən qayıdarkən" adlı uşaq kitabı nəşr olunmuş əsərlərindəndir. "Cənnətlik İbrahim Əfəndi" pyesi ilə 1986-cı ildə TOBAV birincilik mükafatını qazanıb.

Həsən Kəsəroğlunun müsahibələrindən ibarət "Ağıl və Ürək: Bir cümhuriyyət qadınının şahidliyi – Jalə Baysal ilə müsahibə" başlıqlı kitabı 2006-cı ildə nəşr olunub.

Altsheymer xəstəliyindən əziyyət çəkən Jalə Baysal 12 avqust 2009-cu ildə, 84 yaşında vəfat edib. Onun nəşi Üsküdardakı Qaracaəhməd qəbiristanlığında torpağa tapşırılıb.

Əsərləri Baysal, J. Mütəfərrikədən Birinci Məşrutiyyətə qədər Osmanlı türklərinin nəşr etdiyi kitablar, 1968, İstanbul Rəsmi idarə kitabxanaları və sənədləşdirmə mərkəzləri, TBTAK, 1974 Baysal, J. (1982). Kitabxanaçılıq sahəsində yeni anlayışlar, vasitələr və metodlar. İstanbul: Ədəbiyyat fakültəsi mətbəəsi.. Cook, M., & Baysal, J. (1984), Müasir dövrdə arxiv idarəçiliyi peşə təhsilinin əsasları: İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Kitabxanaçılıq bölməsində verilən konfranslar, Türk Kitabxanaçıları Dərnəyi Baysal, J., & Müasir Həyatı Dəstəkləmə Dərnəyi. (1990). Çağdaş təhsil. İstanbul. Baysal, J. (1990). Yaradıcı cəmiyyət yolunda müasir təhsil, Cem nəşriyyatı. Baysal, J. (1991). Kitab və kitabxanaçılıq tarixinə giriş, Türk Kitabxanaçıları Dərnəyi Baysal, J. (1991). İdarəetmə və qanunvericilik, TKD İstanbul Şubesi. Baysal, J. (1991). Kitab və kitabxanaçılıq tarixi, TKD. Baysal, J. (1991). Çağdaş kültürümüz: Olgular, sorunlar, Cem Yayınevi. Baysal, J. (1991). Yazıçılıq fəaliyyəti, Cem nəşriyyatı. Baysal, J. (1992). Cənnətlik İbrahim Əfəndi: İbrahim Mütəfərrikə oyunu, Cem Yayınevi. Baysal, J. (1992). Kitab və kitabxanaçılıq tarixi giriş, TKD. Keseroğlu, H. S., & Baysal, J. (1993). Jalə Baysala mükafat, İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Kitabxanaçılıq bölməsi. Baysal, J. (1996). Çağdaş toplum dəyərləri, Türkiyə Müasir Həyatı Dəstəkləmə Vəqfi, 1996. Çınaroǧlu, A., Baysal, J., & Delioğlu, M. (2001). Məktəbdən dönərkən, Uçanbalıq. Baysal, J., & Kəsəroğlu, H. S. (2006). Ağıl ve ürək: Jalə Baysal ilə müsahibə, Mep Kitap Baysal, J. (2010). Osmanlı türklərinin çap etdiyi kitablar (1729–1875). Hiperlink nəşriyyatı

İstinadlar