Hasya Drori (, ; ) — əslən Belarus yəhudisi siyasətçi və feminist. O, 1949-1951-ci illər arasında İsraildə Mapay partiyasını Knessetdə təmsil edib. Həyatı Hasya Drori 1899-cu ildə Qomeldə, mişar materialları taciri Zus Çernikov və həyat yoldaşı Simanın ailəsində anadan olub. Ailədə dörd uşaq olub. Gənclərin sionist hərəkatları olan "Tseirey Tsion" və "Hehaluts"un fəalı olub. İosif Trumpeldor adına Fəhlə Batalyonunun üzvü olub. Qomeldə yəhudi qızlar məktəbində, daha sonra isə şovinist və yəhudifob ab-havanın hökm sürdüyü yerli gimnaziyada təhsil alıb. 1918-ci ildə Odessaya köçüb, bağbanlıq məktəbində oxuyub və burada gələcək həyat yoldaşı Aviezer Kupfermintslə tanış olub.

Hasya Drori 1922-ci ildə Britaniya mandatı altındakı Fələstinə repatriasiya edib.Hasya Drori: Personal Details Knesset 1924-cü ildə Kfar Yehezkel qəsəbəsinin qurucularından biri olub. Hasya Drori "Histadrut" həmkarlar ittifaqı hərəkatının və MAPAY partiyasının fəalı olub. 1937-ci ildə fəhlə hərəkatı tərəfindən missiya ilə ABŞ-a göndərilib.

1949-cu ildə Hasya Drori 1-ci çağırış Knessetə deputat seçilib,Hasya Drori: Public Activity and Publications Knesset əhaliyə xidmət üzrə komissiyanın üzvü olub və qatı feminist reputasiyasına malik olub.Lahav, P (2001) A "Jewish State . . . to Be Known as the State of Israel": Notes on Israeli Legal Historiography Law and History Review, Vol. 19, No. 2 Hasya Drori 2,5 ildən sonra növbəti çağırış Knesset seçkilərində qalib gələ bilməyib və yeni repatriantların absorbsiyası (uyğunlaşdırılması) ilə məşğul olub.

Hasya Drori 3 iyun 1976-cı ildə vəfat edib.

İstinadlar

Xarici keçidlər Hasya Drori on the Knesset website