Suqovuşan (əvvəlki adı: Gedəmiş) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Gedəmiş kəndi Suqovuşan kəndi adlandırılmışdır.

Toponimikası Suqovuşan adı kəndin fiziki-coğrafi mövqeyini əks etdirir.

Tarixi Yerli məlumata görə, kəndi vaxtilə Qazax mahalından gəlmiş ailələr salmışlar.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19999342512009↗105↗43↗62

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Suqovuşan kənd kitabxana filialı, Suqovuşan kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Zinzahal kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri