Nataliya Radina və ya Nataliya Radzina (; ) — Belaruslu jurnalist və Belarus prezidenti Aleksandr Lukaşenko rejimini tənqid edən bir çox məqalə dərc edən müstəqil xəbər saytı olan "Xartiya 97"nin (Charter 97) baş redaktoru. Həyatı Demokratiya tərəfdarı olan namizəd Andrey Sannikovun Lukaşenkoya uduzduğu 2010-cu ilin mübahisəli dekabr prezident seçkilərindən sonra, bir çox müxalif etirazçı saxtakarlıq iddiaları ilə küçələrə çıxıb. Radina və "Xartiya 97" (Charter 97) heyəti dövlət təhlükəsizlik qüvvələri tərəfindən etirazçıların həbs olunmasını və yaralanmasını sənədləşdirən çoxsaylı məqalələr dərc edib.
21 dekabr 2010-cu ildə "Xartiya 97"nin ofisinə Belarus Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin (DTK/KGB) agentləri tərəfindən basqın edilib. Radina həbs olunub aparılmamışdan əvvəl saytda yalnız "Hamımız DTK-dayıq" yazısını paylaşmağa macal tapıb.
Daha sonra Radinaya qarşı 15 illik həbs cəzasını nəzərdə tutan "kütləvi iğtişaşlar təşkil etmək" ittihamı irəli sürülüb. Amnesty International onu vicdan məhbusu elan edərək azadlığa buraxılmasını tələb edib, Jurnalistləri Müdafiə Komitəsi də eyni tələblə çıxış edib. Radina 31 yanvar 2011-ci ildə paytaxt Minskdən doğma şəhəri Kobrinə köçmək şərti ilə azadlığa buraxılıb. Ona Kobrini tərk etməmək və hər gün polisdə qeydiyyatdan keçmək tapşırılıb. Bundan əlavə, pasportu müsadirə edilib və işi barədə danışması qadağan edilib.
İşləmək imkanı olmayan Radina 2011-ci ilin martında Belarusdan Rusiyaya qaçıb. Polşadan sığınacaq alana və oraya köçənə qədər dörd ay Moskvada gizli yaşayıb. O, "Xartiya 97"nin baş redaktoru kimi fəaliyyətini davam etdirib. 2011-ci ilin sonlarında o, Litvada da siyasi sığınacaq alıb.
2018-ci ilin iyulunda Polşada yaşayarkən Radina Belarus rəsmiləri tərəfindən gəldiyini iddia etdiyi ölüm təhdidi alıb. "Sərhədsiz Reportyorlar" təşkilatı Polşa rəsmilərini təhdidin mənbəyini müəyyənləşdirməyə və Radinanı mühafizə ilə təmin etməyə çağırıb.
Mükafatları 2011-ci ilin noyabrında Jurnalistləri Müdafiə Komitəsi "cəsarətli jurnalistikanın illik tanınması" olan Beynəlxalq Mətbuat Azadlığı Mükafatını Radinaya təqdim edib. Mükafatın təqdimetmə mərasimindəki çıxışında Radina Lukaşenko diktaturasının davam etməsində "xarici laqeydliyi" günahlandırıb və xarici hökumətləri "bu gün bütün Belarusun böyük bir həbsxana olduğunu" unutmamağa çağırıb.
İstinadlar
Kateqoriya:Belarusda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:Belarus dissidentləri