Çex əlifbası () — Çex dilinin yazısında istifadə olunan latın qrafikalı əlifba variantıdır. Əlifbanın əsas prinsipləri "bir səs — bir hərf" qaydasına və latın dilinə yad olan səsləri ifadə etmək üçün hərflərin üzərinə diakritik işarələrin əlavə edilməsinə söykənir.

Bəzi digər Şərqi Avropa dillərinin (slavyan, Baltik və həmçinin eston dili kimi digər dillər) əlifbaları çex əlifbası əsasında formalaşmışdır; bu dillərdə ehtiyaca müvafiq olaraq müəyyən simvollar çıxarılmış və ya əlavə edilmişdir. Çex modelindən ən nəzərəçarpan yayınma, müstəqil şəkildə inkişaf etmiş polyak əlifbasıdır.

Diakritik işarələrdən istifadə edən müasir çex imlası öz başlanğıcını Yan Qusun "De orthographia Bohemica" (1406) əsərindən götürür. Bu islahata qədər çex latın qrafikası əhəmiyyətli dərəcədə fərqli görünüşə malik idi.

Müasir əlifba

Müasir çex əlifbası 42 hərfdən ibarətdir:

A a Á á B b C c Č č D d Ď ď E e É é Ě ě F f G g H h Ch ch I i Í í J j K k L l M m N n Ň ň O o Ó ó P p Q q R r Ř ř S s Š š T t Ť ť U u Ú ú Ů ů V v W w X x Y y Ý ý Z z Ž ž

Buna baxmayaraq, lüğətlərdə adətən aşağıdakı tərkib təqdim olunur (uzun saitlər, habelə palatal samitlər müstəqil hərf hesab edilmir):

A B C Č D E F G H Ch I J K L M N O P Q R Ř S Š T U V W X Y Z Ž

Q və W hərfləri yalnız xarici mənşəli sözlərdə istifadə olunur və söz "naturallaşdıqdan" (mənimsənildikdən) dərhal sonra müvafiq olaraq Kv və V birləşmələri ilə əvəz edilir; dz və dž diqrafları da əsasən xarici sözlər üçün istifadə olunur və əlifbada ayrıca yerə malik deyillər.

İstinadlar

Xarici keçidlər

Czech Language Czech Encodings FAQ and list of known encodings (in Czech) Typo.cz Information on Central European typography and typesetting

Kateqoriya:Latın qrafikalı əlifbalar Kateqoriya:Çex dili