Tetyana Barantsova (; ) — ukraynalı əlillik hüquqları müdafiəçisi və "Ami-Sxid" təşkilatının qurucusu. O, 2020-ci ildə Ukrayna hökumətinin, "Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Müvəkkili" təyin edilib. Barantsova, həmçinin "Nansen Qaçqın mükafatı"nın 2020-ci il üzrə Avropa qalibidir. Erkən həyatı və təhsili Tetyana Barantsova 1973-cü ildə Luqanskda anadan olub. On yaşında olarkən məktəbdə gimnastika ilə məşğul olduğu vaxt onurğasını sındırıb. O, 2002-ci ildə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetini, 2018-ci ildə isə Təhsil Menecmenti Universitetini bitirib.

Şəxsi həyatı Barantsovanın Oleksey Soroka ilə evliliyindən bir oğlu var. O, 17 aprel 2025-ci il tarixində, 51 yaşında vəfat edib.Померла Тетяна Баранцова — відома громадська діячка з Луганщини, захисниця прав людей з інвалідністю

Yetkinlik həyatı Barantsova əlilliyi olan şəxslərin hüquqları üzrə fəal olub və 2002-ci ildə ukraynalı qadınlara, ailələrə və əlilliyi olan gənclərə kömək edən "Ami-Sxid" qeyri-hökumət təşkilatını təsis edib. Təşkilat vəkillik fəaliyyəti ilə məşğul olur, həmçinin əlilliyi olan şəxslərə məsləhət və dəstək xidmətləri də göstərir.

2014-cü ildə Barantsova, həyat yoldaşı Oleksey Soroka və oğulları Rusiya-Ukrayna müharibəsi nəticəsində məcburi köçkün düşüblər. Təhlükəsizliklərini təmin etdikdən sonra o, münaqişə zonasında köməksiz qalan əlilliyi olan şəxslərə məsləhət vermək üçün qaynar xətt yaradıb, 5000 nəfərə məsləhət, nağd pul, eləcə də hüquqi və psixoloji dəstək göstərib. Barantsova, həmçinin məcburi köçkün düşmüş uşaqlar üçün onlayn məktəb təsis edərək 1000 şagirdin təhsil almasını da dəstək olub.

2008-ci ildən 2020-ci ilədək o, Luqansk vilayətinin Fiziki Məhdudiyyətli Gənclərin Sosial-Mədəni Adaptasiyası Mərkəzində çalışıb. 2020-ci ildə "Nansen Qaçqınlar mükafatı"nın Avropa üzrə qalibi olub.

2022-ci il tarixinə olan məlumata görə, o, Ukrayna hökumətinin müşaviri olub. Tetyana Barantsova, "Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Hökumət Müvəkkili" təyin edilmiş və Ukraynanın müxtəlif bölgələrindən olan əlilliyi olan şəxslərin və hərəkət qabiliyyəti məhdud insanların xaricə göndərilməsinin təşkili ilə məşğul olub.

Mükafatları 4 dekabr 2011-ci ildə o, III dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilmişdir. 2020-ci ildə "Nansen Qaçqınlar mükafatı"nın Avropa üzrə qalibi olmuşdur.

İstinadlar