Hərbi terminlər və ya Hərbi terminologiya — Hərb işinə aid, hər biri dəqiq müəyyən edilmiş mənaya, aydın tətbiq çərçivəsinə və elmi əsaslandırmaya malik olan müəyyənləşdirilmiş hərbi terminlərin (sözlər, söz birləşmələri və s.) formal sistemidir.
Hərbi terminologiya ən tam və geniş şəkildə idarə daxili və tabeçilikdə olan normativ sənədlərdə, qanunvericilik aktlarında, habelə hərbi ensiklopediyalarda əks olunur. Hərbi terminologiyanın elementləri hərbi leksikanın əsasını təşkil edir. Rəsmi hərbi terminologiyadan fərqli olaraq, hərbi leksikaya qeyri-rəsmi ekvivalentlər də daxil ola bilər (məsələn: "Tank", "ZTR" və ya "PDM" sözləri əvəzinə "zireh"; "Özüyeriyən artilleriya" əvəzinə "özüyeriyən" və s.).
Təkamülü və inkişafı
Bir qayda olaraq, hərb işinin bütün sahələrini əhatə edən hərbi terminologiya elmi düşüncənin müasir inkişaf səviyyəsinə müvafiq gəlməyə və qüvvədə olan nizamnamələrdə və rəsmi sənədlərdə müəyyən olunmuş hərbi anlayışların müxtəlifliyini əks etdirməyə çalışır. Elm və texnikanın tərəqqisi ilə bağlı olan hərb işinin təkamülü hərbi terminologiyaya yeni terminlər gətirir, köhnələrini sıradan çıxarır və ya mövcud olanların istifadə tezliyini dəyişdirir.
Hərbi terminologiya tez-tez gündəlik leksika hesabına, digər bilik sahələrindən və ya digər dillərdən () götürülmə yolu ilə zənginləşir. Bu proses yeni anlayışların qanunvericiliklə tətbiqi və ya köhnəlmiş anlayışların ləğvi yolu ilə tənzimlənə bilər.
Unifikasiya
Müasir şəraitdə hərbi terminologiyanın həm ayrı-ayrı dövlətlərin qoşun növləri (ordu, donanma, aviasiya və s.) miqyasında, həm də beynəlxalq təşkilatların (Kollektiv müdafiə) silahlı qüvvələri miqyasında unifikasiyasına (eyniləşdirilməsinə) böyük diqqət yetirilir. Bu məqsədlə bir çox ölkələrin hərbi nazirlikləri və hüquq-mühafizə orqanları mütəmadi olaraq ixtisaslaşmış sorğu xarakterli ədəbiyyatlar nəşr edirlər.
İstinadlar
Biblioqrafiya
Xarici keçidlər
Glossary of Military Terms & Slang from the Vietnam War
Kateqoriya:Hərbi terminlər Kateqoriya:Müharibə Kateqoriya:Hərb elmi