Qərbi Azərbaycan ostanı — İranda ostan. Mərkəzi Urmiya şəhəridir.

Ostanın ərazisi 37437 km², əhalisi 2006-cı ildə aparılmış siyahıya almaya əsasən 2.873.459 nəfərdir, əhalinin 60,03% – i isə şəhərlərdə yaşayır.

Tarix Bu bölgənin ərazisi vaxtı ilə qədim lullubilər, qutilər, e.ə. 10-cu əsrlərdə isə mannalıların yurdu olmuş, zaman zaman Assuriya, Urartu kimi dövlətlər tərəfindən zəbt olunub; sonunda isə Manna dövləti cənubda yerləşən Midiyanın tərəfindən zəbt edilmiş və dağıdılmışdı. Daha sonralar isə Midiyanın özü ilk fars sülaləsi olan Əhəmənilər tərəfindən çökdürülərək, Azərbaycan ərazisi Əhəmənilər imperiyasının hökmü altına girməli oldu.

Eramızın 4-cü əsrində Sasanilər imperiyası bu əraziləri Adhurpadağan satrapına qatdı. Adhurpadağan adı Atropatena adından törəyib, sonralar ərəbləşdirilmiş formada "Azərbaycan" kimi səsləndirilirdi.Minorsky, V.; Minorsky, V. Ādharbaydjān (Azerbāydjān). Encyclopaedia of Islam. Edited by P.Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel and W.P. Heinrichs. Brill, 2007. Brill Online. Encyclopædia Iranica, "Azerbaijan: Pre-Islamic History", K. Shippmann Qədim Zərdüşt dininə (Zərdüştilik, atəşpərəstlik) aid edilən Təxt-i Süleyman məbədi Qərbi Azərbaycanın Təkab (Tikantəpə) şəhəri yaxınlığında yerləşir.

10-cu əsrdə bu əraziləri sayca artan kürd tayfaları idarə ediblər.Al-Moqaddasi, Shams ad-Din Abu Abdallah Muhammad ibn Ahmad, Ahsan al-Taqasi fi Ma’rifa al-Aqalim, translated by Ali Naqi Vaziri, volume one, first edition, Mu’alifan and Mutarjiman Publishers, Iran, 1981, pg 377 1609–1610-cu illərdə burada kürd tayfaları ilə Səfəvilər dövləti arasında Dimdim döyüşü baş verib. Uzun çəkən döyüşdən sonra kürdlər məğlub edildi, bütün təslim olanlar öldürüldü və regionun kürd əhalisinin mühüm hissəsi I Şah Abbasın əmrinə əsasən Xorasana sürgün edildi. Onların yerinə bu ərazilərə türk əsilli Əfşar tayfası köçürüldü.

1946-cı ildə Sovet ordusu bu əraziləri qısa müddətə işğal etmişdi. Sovet qoşunları buranı tərk etdikdən sonra qısa müddətə burada Azərbaycan Milli Hökuməti və Məhabad Cümhuriyyəti mövcud olublar, lakin qısa müddət mövcudiyyətini sürdürə bilmiş və İrana reinteqrasiya edilmişlər.

2011-ci ilin yanvar ayında Qərbi Azərbaycan ostanında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 77 nəfər həlak olmuşdu. Həmin ilin sentyabr ayında Məhabad şəhərində İran-İraq müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar olaraq keçirilən hərbi paradda ziyarətçilər arasında terrorçuların yerləşdirdiyi bombanın partlaması nəticəsində 12 nəfər həlak olmuş, 80 nəfər isə yaralanmışdı. Partlayışın konkret hansı təşkilat tərəfindən törədildiyi məlum olmasa da, Qərbi Azərbaycan ostanının qubernatoru Vahid Cəlalzadə terror aktını Qərb dövlətləri tərəfindən dəstəklənən inqilab əleyhdarı terrorçu qruplar tərəfindən törədildiyini bildirib.Qərbi Azərbaycan vilayətində ölənlərin sayı 12 nəfərə çatıb

Coğrafiya Geniş düzənliklər və hündür dağlar ostanlığın relyefini təşkil edir. Şimalda Araz çayı və bir sıra dağ çayları əsas su mənbəyidir. Şərqində Urmiya gölü yerləşir. Orta temperatur Urmiyada 10,8 °C, Xoyda 9,4 °C, Məhabadda isə 11,6 °C-dir. Ən yüksək temperatur göstəricisi iyul ayında 34 °C, ən aşağı temperatur isə yanvar ayında –16 °C-dir.

İqtisadiyyatı Qərbi Azərbaycan ostanının iqtisadiyyatının böyük hissəsi kənd təsərrüfatına əsaslanır. 2013-cü ildə ostanın Təkab şəhərində Qərbi Asiyanın ən böyük qızıl zavodunun tikintisi planlaşdırılır. Zavodun tikintisinə 60 mln. dollar sərf olunacaq. Ostanın yataqlarında qızılın ehtiyatı 80 ton təşkil edir və oradan hər il 3 ton qızıl çıxarılması planlaşdırılır. Qərbi Azərbaycan ostanının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazisi Urmiya şəhəridir. Urmiya əhalisinin həyat şəraiti ostanın digər əhalisinin həyat şəraitindən çox yüksəkdir. Ostanda yüzlərlə kənd vardır, onların çoxusunda daimi su və elektrik təchizatı, telefon xəttləri və peyk televiziyasına çıxışı var.

Əhali 24 oktyabr – 13 noyabr 2011-ci il əhali siyahıyaalınmasına əsasən Qərbi Azərbaycan ostanında 3.080.576 nəfər əhali yaşayır.

Dini və etnik tərkib

Əhali əsasən Azərbaycan türklərindən, qismən kürdlərdənGüney Azərbaycan Sosyo-Kültürəl Araştırmaları (GÜNASKAM) :Güney Azerbaycan ve Kürt sorunu , az sayda ermənilərdən və assuriyalılardan ibarətdir.Kürd tarixi,Məhəmməd ayət, tehran birinci çab 1382 ikinci çap 1386,Porseman nəşri,s 67.

İnzibati bölgü Qərbi Azərbaycan ostanı inzibati cəhətdən aşağıdakı şəhristanlara bölünür : thumb|371x371px|Qərbi Azərbaycan ostanının inzibati bölgü xəritəsi SıraŞəhristanın adıƏhalinin sayıİdarə etmə mərkəzi1Bükan şəhristanı202.637Bükan2Çaypara şəhristanı42.225Qaraziyaəddin3Çaldıran şəhristanı44.572Çaldıran4Xoy şəhristanı365.573Hoy5Məhabad şəhristanı197.441Məhabad6Maku şəhristanı174.578Maku7Miyanduab şəhristanı245.153Miyandoab8Nəqədə şəhristanı117.831Nəqədə9Üşnəviyyə şəhristanı63.798Üşnəviyyə10Piranşəhr şəhristanı107.677Piranşəhr11Puldəşt şəhristanı38.586Puldeşt12Salmas şəhristanı180.708Salmas13Serdeşt şəhristanı104.146Serdeşt14Şahindej şəhristanı89.356Şahindej15Şot şəhristanı51.476Şot16Təkab şəhristanı81.395Təkab17Urmiya şəhristanı856.914Urmiya

Şərhlər

İstinadlar

Mənbə

Həmçinin bax Qərbi Azərbaycan ostanının çayları

Xarici Keçidlər

Qərbi Azərbaycan ostanının rəsmi dövlət saytı – Farsca Qərbi Azərbaycanın kənd təsərüfatı – Farsca Qərbi Azərbaycan TV – Farsca

Kateqoriya:Qərbi Azərbaycan ostanı Kateqoriya:İran Kürdüstanı Kateqoriya:İran ostanları