Kundelik.kz — Qazaxıstan üzrə vahid təhsil internet portalı. "Kundelik.kz" sistemi dövlət-özəl tərəfdaşlığı əsasında tətbiq edilmişdir və özəl investorların vəsaiti hesabına maliyyələşdirilir. Hazırda sistemdə 6500-dən çox məktəb qeydiyyatdan keçmişdir.

Hər ay portala 4 500 000-dan çox insan daxil olur, səhifə baxışlarının sayı isə 350 milyonu ötür. Bu göstəricilər fevral 2023-cü il tarixli "Yandeks.Metrika" məlumatlarına əsaslanır.

Tarixi 2016-cı ildə "Dnevnik.ru" layihəsinin rəhbəri Qavriil Levinin bildirdiyinə görə, Qazaxıstan ərazisində "Kundelik.kz" təhsil platforması tətbiq olunmuşdur. Hazırda layihənin rəsmı saytındakı məlumatlara əsasən, sözügedən platforma ilə 6 minə yaxın məktəb və 4 milyona yaxın istifadəçi fəaliyyət göstərir.

"Kundelik" platformasının texniki cəhətdən hazırlanması Təhsil və Elm Nazirliyi tərəfindən həyata keçirilməmişdir. Layihə dövlət-özəl tərəfdaşlığı çərçivəsində ərsəyə gəlmişdir. "Kundelik" layihəsinin baş direktoru Muxtar İliyasovun qeyd etdiyinə görə, investorlar yeni sistemin qurulması üçün dövlətdən heç bir vəsait almamışdır. Layihənin öz xərclərini 11 il ərzində qarşılayacağı ehtimal olunur. Nazirlik tərəfindən bu layihənin təsdiqlənməsi və geniş şəkildə tətbiq edilməsinin əsas məqsədi müəllimləri kağız üzərində hesabatlılıqdan azad etmək və Qazaxıstanda rəqəmsal təhsil sistemini formalaşdırmaq olmuşdur.

Qazaxıstanlı pedaqoqların fikrinə görə, "Kundelik.kz" Rusiyadakı "Dnevnik.ru" layihəsinin eynilə təkrarıdır. Muxtar İliyasov verdiyi müsahibədə "Kundelik" şirkətinin bir hissəsinin Rusiya tərəfinə məxsus olduğunu təsdiqləmişdir. Şirkətin 45 faizinin Rusiyanın "Dnevnik.ru" şirkətinə məxsus olduğu, layihənin texniki əsasının rusiyalı mütəxəssislər tərəfindən hazırlandığı bildirilmişdir. Bununla belə, metodologiya, platformanın üç dildə fəaliyyəti, akademik qiymətləndirmə sistemi və dərslərin sayının daxil edilməsi kimi işlər Qazaxıstan tərəfindən icra olunmuşdur. Rusiyada bu layihə üzərində 150 nəfərin çalışdığı, onlardan on nəfərinin yerli mütəxəssislərə kömək üçün ayrıldığı qeyd edilmişdir. Qazaxıstan tərəfindən layihədə mühasib, hüquqşünas və operatorlardan ibarət on iki nəfərlik heyət fəaliyyət göstərmişdir."Күнделік"-тің көп біле бермейтін тарихы

İstifadəsi "Kundelik" sistemində qeydiyyat üçün müraciəti yalnız məktəb təqdim edə bilər. Məktəb rəhbərliyi siniflərdəki şagirdlərin sayını, ad və soyadlarını, həmçinin valideynlərin şəxsi məlumatlarını sistemə təqdim etməlidir.

Məktəb şagirdlər barədə bütün məlumatları təqdim etdikdən sonra, "Kundelik" müəllifləri beş gün ərzində bu məlumatları yoxlayır. Müraciətin həqiqətən məktəb tərəfindən göndərildiyinə əmin olduqdan sonra məlumatlar təsdiqlənir və müraciət edən məktəbə sistem administratoru üçün giriş imkanı və şifrə göndərilir.

Sistem administratoru məktəb tərəfindən təyin olunur. Bu vəzifəni icra edən şəxs təşkilatın şəxsi səhifəsini doldurur, şagirdlərin siyahısını, müəllim və valideynlərin məlumatlarını sistemə daxil edir. Bütün məlumatlar bazaya yerləşdirildikdən sonra dərs cədvəli və digər akademik məlumatlar qeyd olunur. Daha sonra administrator hər bir sinif rəhbərinə şagirdlər və valideynlər üçün nəzərdə tutulmuş parolları paylayır. Sinif rəhbəri öz növbəsində hər bir şagirdə və onun valideyninə fərdi giriş imkanı və şifrəni təqdim edir.

Şagird, valideyn və müəllim giriş məlumatlarını əldə etdikdən sonra saytdakı "Giriş" düyməsini sıxaraq platformaya daxil olur. Müəllim şagirdə qiymət yazır və ev tapşırıqlarını qeyd edir. Valideyn övladının qiymətlərinə baxa, dərs cədvəli və ev tapşırıqları ilə tanış ola bilər. Şagird yalnız öz qiymətlərini, həmçinin aid olduğu sinfin ev tapşırıqlarını və dərs cədvəlini görmək imkanına malikdir.

İstinadlar

Xarici keçidlər Күнделік мүмкіндіктері

Kateqoriya:Qazaxıstanda təhsil Kateqoriya:2016-cı ildə yaranan saytlar