Nataliya Mikolayevna Pançenko (; ) — Polşa-Ukrayna ictimai xadimi, Polşadakı Ukrayna diasporunun lideri, insan hüquqları müdafiəçisi, "Ukraїner" və "Chernobyl VR Project" layihələrinin prodüseri.

Həyatı

Nataliya Mikolayevna Pançenkonun atası baş mühəndis, anası isə baş mühasibdir. O, 2006–2011-ci illərdə Poltava Dövlət Aqrar Universitetində "Təşkilatın idarə edilməsi" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib və aspiranturanı bitirib. Sonra Varşava Həyat Elmləri Universitetində menecment üzrə də magistr dərəcəsinə yiyələnib. Ailəlidir, bir qızı var.

İctimai fəaliyyəti Varşavada Avromeydanın təşkilatçılarından biri olan Pançenko bu müddət ərzində Ukrayna səfirliyi yaxınlığında hər gün dinc etiraz aksiyaları keçirmişdir. Sonradan ictimai təşəbbüs çevrilən təşkilatın rəhbəri Nataliya oldu. Fəallar üçün pul və humanitar yardım toplayan Pançenko onlarla birlikdə Kiyevdəki Meydana getmişdir. 2014-cü ildə müharibə başlayandan etibarən Ukrayna Silahlı Qüvvələri, könüllülər və mülki şəxslər üçün humanitar yardım toplamışdır.

2014-cü ildən həmçinin Kreml məhbusları və Rusiya əsirliyində olan ukraynalıların azad edilməsi istiqamətində çalışıb. O, çoxsaylı aksiyalar, əsir və siyasi məhbus ailələrinin siyasətçilərlə görüşlərini təşkil edib, onların azadlığa buraxılması üçün dünya miqyaslı məlumatlandırma kampaniyalarını təşkil edib. Nadejda Savçenko, Oleq Sentsov, Saşko Kolçenko, Roman Suşşenko, Gennadi Afanasyev və digərlərinin azad edilməsində iştirak edib.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladıqdan sonra Nataliya yenidən Polşada müharibəyə müqavimət və Ukraynaya dəstək hərəkatına rəhbərlik edib və Varşavada müharibə əleyhinə etirazların təşkilatçısına çevrilib.

2022-ci ilin martında Nataliya, sanksiya tətbiq edilmiş malları Avropa İttifaqından Rusiyaya daşıyan Rusiya və Belarus yük avtomobillərinin blokadasını təşkil etdi. Pançenkonun müşayiət etdiyi fəallar Belarus-Polşa və Polşa-Almaniya sərhədlərini bağlayaraq, Avropa İttifaqından Rusiya və Belarus yük maşınlarının Rusiyaya mal daşımasına qadağa qoyulmasını tələb etdilər. 8 aprel 2022-ci ildə, Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketinin üçüncü bəndi Nataliya və komandasının tələbi əsasında idi: Avropa İttifaqı Rusiya və Belarusdan olan motorlu nəqliyyat vasitələri ilə Aİ ərazisinə yeni yüklərin idxalı və tranzitini qadağan etdi.

Almaniya Bundestaqı qarşısında keçirilən aksiyaların birində Olaf Şoltsa, Mariupolda öldürülən uşağın ayaqqabıları və Avropa İttifaqının Rusiya və Belarusa qarşı ticarət embarqosu tətbiq etməsi tələbinin yer aldığı məktub təqdim edilib.

O, öz təşəbbüs qrupu ilə birlikdə Rusiyanın terrorçu dövlət kimi tanınması, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının gücləndirilməsi və ukraynalı məhbusların azad edilməsi məqsədilə Polşa və Avropada müharibə əleyhinə aksiyalar və məlumatlandırma kampaniyaları təşkil edir.

Ukrayna üçün humanitar yardımların toplanmasını əlaqələndirir, polyakların Ukrayna Silahlı Qüvvələri üçün vəsait toplamasına dəstək verir.

2022-ci ildə o, Ukraynaya göstərdikləri dəstəyə görə polşalılara minnətdarlıq məqsədilə 20000 nəfərin iştirak etdiyi yürüş təşkil etdi.

Mükafatları 2015-ci ildə "Global Ukraine News" informasiya-analitika agentliyi Pançenkonu Ukrayna gənclər diasporunun 10 simasından biri kimi tanıyıb.

2019-cu ildə Nataliya Pançenko Ukraynanın "Könüllülər mükafatı"nın laureatı olub.

2022-ci ildə o, "İlin aktivisti" kateqoriyasında Polşanın "SheO Awards" mükafatına layiq görülüb.

İstinadlar

Kateqoriya:Ukrayna iqtisadçıları