Əbül-Müzəffər Sultan Murad () — Ağqoyunlu hökmdarı, Uzun Həsən və I Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı.

Həyatı 31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir.

Hakimiyyəti Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı.

Hakimiyyətdən getməsi 21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi.M. H. Yinanç, “Akkoyunlular”, İ. A., s. 262 Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı.Təkmilət əl-Əxbar, vər. 274a Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi. 1508-ci ildə Şah İsmayılın ordusundan qaçaraq Diyarbəkirə getdi.

Ölümü

1518-ci ildə Urfada vəfat edib.J. E. Woods, Akkoyunlular, s. 269;

Ailəsi Əlaəddövlə Bozqurd bəy Zülqədərin qızı Bəyli xatunla evlənmişdi. Övladları:J. E. Woods, Akkoyunlular, s. 269F. Sümer, “Akkoyunlular”, T. D. A., s. 33. Yaqub bəy Bayandur Həsən bəy Bayandur

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Ağqoyunlu hökmdarları Kateqoriya:Bayandurlar