Tunku İsmayıl ibni Sultan İbrahim (30 iyun 1984) — Malayziya kralı İbrahim İskəndərinin və Raca Zarit Sofiahın böyük oğlu.Johor Ruler's Grandson Appointed Raja Muda. İsmayıl Cohor vilayətinin Regenti və Vəliəhd şahzadəsidir.
Erkən həyatı və təhsili Tunku İsmayıl ibtidai təhsilini Cohor Bahrudakı Sekolah Sri Utama və Sekolah Renda Kebangsaan St. Joseph məktəblərində alıb. Daha sonra o, orta təhsilini Sinqapurdakı Avstraliya Beynəlxalq məktəbində başa vurdu və 2002-ci ilə qədər Avstraliyanın Pert şəhərindəki Hale Liseyində təhsilini davam etdirdi.Tunku Mahkota’s son named Raja Muda of Johor
İsmayılın babası Malayziya Ordusunda, atası isə ABŞ Ordusunda xidmət etmişdi.His Majesty visits Iskandar Military Camp in Mersing, Johor, RTB News, 8 May 2008 Ailənin hərbi təhsil ənənəsinə sadiq qalaraq, o, hərbi karyeraya can atırdı.Malaysian Prince to Lead Indian Army Unit in Republic Day parade, India Defence , 23 January 2007.
2003-cü ilin iyul ayında Hindistanın əsas hərbi təhsil müəssisəsi olan, Dehradun şəhərində yerləşən Hindistan Hərbi Akademiyasına kursant kimi qəbul olub. Onun atası və babası da bu Akademiyada təhsil alıblar.Johor Ruler's Grandson Appointed Raja Muda. Bernama. 8 April 2006.2004-cü ilin dekabrında leytenant rütbəsinə yüksəlib və Hindistan Ordusunda xidmət edib. 2007-ci ilin dekabrında İsmayıl kapitan rütbəsinə layiq görülüb.Malaysia's Pride On Show At India's Republic Day Parade, BERNAMA , 26 January 2007.
Johor şahzadəsi Tunku İsmayıl 28 yanvar 2010-cu ildə babası tərəfindən vəliəhd təyin edilib.Tunku Ismail proclaimed Tunku Mahkota of Johor
Malayziya şahzadəsi Hindistan Respublika Günü Paradında Hindistan Ordusunun bölməsinə rəhbərlik edən ilk əcnəbidir.Malaysian prince at home in India, The Hindu , 27 January 2007Malaysian prince at Republic Day parade , The star online , Star Publications, 25 January 2007 Prezident özü Tunku İsmayılı dünyada yeganə olan atlı süvarilərdən ibarət təxminən 400 nəfərlik birliyə komandanlıq etmək üçün seçdi. 2 dekabr 2022-ci ildə Tunku İsmayıl Tun Hussein Onn Malaysia Universitinin (UTHM) rektoru vəzifəsinə, 13 dekabr 2023-cü ildə isə Cohor Universiti Islam Sultan İbrahim Kollecinin prorektoru təyin edildi.
Şəxsi həyatı Tunku İsmayıl Çe Puan Mahkota Haleda ilə evlidir.Big crowd at Johor royal wedding Cütlüyün 4 övladı var.
Mükafatları Johor Kral Ailəsi Ordeni (I dərəcəli ) (8 Aprel 2009) İkinci dərəcəli Johor Kral Ailəsi Ordeni (DK II) (8 Aprel 2006) Johor Tacı Ordeninin Böyük Cəngavər Komandiri (8 Aprel 2005) Johor Tacı Ordeni (8 Aprel 2004) Cohor Sultan İsmayılın Sadiqlik Ordeninin Cəngavər Böyük Komandiri (22 Noyabr 2010) Cohor Sultanı İbrahim ordeninin Böyük Cəngavəri (30 Mart 2015) Birinci dərəcəli Sultan İbrahim medalı Sultan İbrahimin birinci dərəcəli qızıl medalı (23 mart 2015-ci il) (23 Mart 2015) Birinci dərəcəli Johor Sultanı İbrahim medalı (23 Mart 2017) Gerek Has qızıl medalı (25 Avqust 2015)
Malayziyanın fəxri adları Neqeri Sembilan Tuanku Muhriz Installation Medal Tuanku Muhibuddin şahın tacqoyma medalı (26 oktyabr 2009)
Sultan Azlan şahın medalı (3 Fevral 2009)
Yang di-Pertuan Aqonq XIII-cü medalı (Sultan Mizan Zeynal Abidin taxta çıxması şərəfinə təsis edilən dövlət mükafatı) (26 aprel 2007) XV-ci Yang di-Pertuan Aqonqın İnauqurasiya medalı (Sultan V Məhəmmədin Malayziyanın 15-ci Ali Hökmdarı (Kral) olması medalı Malayziyanın 17-ci Ali Hökmdarı Sultan İbrahimin medalı (20 İyul 2024)
Xarici keçidlər
Kateqoriya:Malayziya Kateqoriya:Dövlət başçılarının övladları
İstinadlar