Seyran Atəş (; ) — Türk əsilli Almaniyalı hüquqşünas və İslam feministi. ,O, 2017-ci ildə Almaniyanın ilk liberal ibadət yeri olan İbn Rüşd-Göte məscidini təsis edib. Atəş müsəlman olmağın ənənəvi qaydalarını kənara qoyan və Berlində açdığı bu məscid vasitəsilə İslam təlimindəki klassik baxışlara meydan oxuması ilə tanınır.

Həyatı Seyran Atəş İstanbul şəhərində, türk ana və kürd atanın ailəsində anadan olub. 1961-1973-cü illəri əhatə edən Qərbi Almaniya ilə Türkiyə arasındakı işçi qəbulu müqaviləsi dövründə, o, altı yaşında olarkən ailəsi Qərbi Berlinə köçüb (Həmin 12 il ərzində 867.000 Türkiyə vətəndaşı Qərbi Almaniyaya gəlib, onlardan 367.000-i ölkədə qalıb).

Atəş böyüdükcə ailəsinin qatı qaydaları və gözləntiləri ilə özü arasında artan bir ziddiyyət hiss etməyə başladı. 17 yaşında ikən məcburi nikahdan qaçmaq üçün evi tərk etdi. Məktəbdə yüksək uğurlar qazanan Atəş, daha sonra Berlin Azad Universitetində (Free University of Berlin) hüquq təhsili aldı. Translated from

Fəaliyyəti 1984-cü ildə bir qadın mərkəzində çalışarkən, bir türk millətçisi tərəfindən boynundan güllələnib. "New York Times"ın qeyd etdiyinə görə, hücumun üzərindən 40 il keçsə də hələ də qaranlıq qalır. Hücum zamanı Atəşin məsləhət verdiyi müştəri öldürülüb, Atəş isə uzun müddət davam edən reabilitasiya dövründə özünü Almaniyadakı türk mənşəli qadınların hüquqlarını qazanmasına kömək etməyə həsr etmək qərarına gəlib. 1997-ci ildən vəkillik fəaliyyəti ilə məşğuldur. Əsasən cinayət hüququ və ailə hüququ üzrə ixtisaslaşıb.

Onun mühacir müsəlman cəmiyyətinə (hansı ki, çox vaxt Türkiyədəki analoqundan daha mühafizəkardır) qarşı kəskin tənqidi baxışları onu hədəf halına gətirib. Atəşin alman dilində yazdığı "İslamın cinsi inqilaba ehtiyacı var" adlı kitabı 2009-cu ildə Almaniyada nəşr olunub. 2008-ci ilin yanvarında verdiyi bir müsahibədə, aldığı təhdidlər səbəbindən gizləndiyini və artıq müsəlman qadınların hüquqlarını açıq şəkildə (məhkəmələr də daxil olmaqla) müdafiə etməyəcəyini bildirib. Bir hadisə zamanı o və müştərisi Almaniya məhkəmə binasında bir qadının əri tərəfindən hücuma məruz qalıb, ətrafdakılar isə buna sadəcə tamaşa ediblər.

Atəş 2017-ci ildə bir kilsə binasında yerləşən İbn Rüşd-Göte məscidini açıb. Bu, Almaniyada kişilərin və qadınların birlikdə ibadət etdiyi və qadınların imamlıq edə bildiyi yeganə liberal məsciddir. Türkiyənin Diyanət İşləri Başqanlığı və Misirdəki Əl-Əzhər Universitetinin Fətva Şurası bu layihəni pisləyib və Atəş ölüm təhdidləri alıb. Çıxarılan fətva həm mövcud, həm də gələcəkdə qurulacaq bütün liberal məscidləri əhatə edirdi. Atəşin fikrincə, bir çox liberal müsəlman təhdid və qorxu səbəbindən özünü büruzə vermir.

2018-ci ilin may ayında o, oğlan uşaqlarının sünnət edilməsinə qarşı çıxan "intaktiv e.V." dərnəyinin səfiri olub. Dünyəvi Hüquq İnstitutunun məsləhət şurasının üzvüdür.

2021-ci ildə onun feminist, vəkil və məscid qurucusu kimi həyatından bəhs edən "Seyran Atəş: Seks, İnqilab və İslam" adlı sənədli film çəkilib. Film dünya üzrə 24 festivala qatılıb və əsasən müsbət rəylər alıb.

Mükafatları və fəxri adları 2005: "1000 Sülh Qadını" layihəsi çərçivəsində Nobel Sülh Mükafatına namizəd göstərilib.1000 FriedensFrauen Weltweit. Seyran Ates , retrieved 13 April 2018, (deutsche Digitalfassung von 1000 PeaceWomen Across the Globe, Serie: Kontrast Book, Verlag Scalo, Zürich 2005). 2007 (mart): Məzunu olduğu Berlin Azad Universiteti tərəfindən insan hüquqlarının müdafiəsinə görə xüsusi mükafatla təltif edilib. 2019 (oktyabr): Oslo Universitetinin İnsan Hüquqları Mükafatını qazanıb.

Seçilmiş əsərləri "Bei Trennung: Tod" (Ayrılıq zamanı: Ölüm) — Tod und Sterben in der Gegenwartsgesellschaft (Müasir Cəmiyyətdə Ölüm və Canvermə) kitabında fəsil, Baden-Baden, 2008. "Große Reise ins Feuer: Die Geschichte einer deutschen Türkin" (Oda Böyük Səfər: Bir alman türkün hekayəsi) — Reynberk (Hamburq yaxınlığı), 2006. "Individualität: Ich sein oder Ich haben?" (Fərdiyyətçilik: "Mən" olmaq, yoxsa "Mən"ə sahib olmaq?) — Flensburger Hefte, No. 87, Flensburq, 2005.

İstinadlar

Xarici keçidlər

Ibn Rushd-Goethe Mosque Documentary Seyran Ateş: Sex, Revolution and Islam Obsessed with Virginity – Female sexuality among western Muslims, a :en: Deutsche Welle documentary which contains several interviews with Ateş concerning her life and work. (English with subtitles, 2017)

Kateqoriya:Türk feministlər Kateqoriya:İslamın tənqidi Kateqoriya:İslamda qadınlar