Yusup Gereev (doğum adı - Yakov SirmaisВласть и мусульманская религия в Дагестане (ноябрь 1917 г. — декабрь 1991 г.). Документы и материалы / сост.: Г. И. Какагасанов, М. Д. Бутаев, М. М. Амирханова. — Махачкала: ИИАЭ ДНЦ РАН, 2007.; ) - Sovet qumuq yazıçısı və dramaturqu.

Həyatı Yusup Arsu oğlu Qereyev 20 dekabr 1903-cü ildə indiki Rusiya Federasiyası Dağıstan Respublikasının Teymurxan-Şura şəhərində doğulub. Onun anadan olduğu kəndin adına Kafırqumuk deyərdilər. Sovet hakimiyyəti illərində oranın adını bir ara dəyişdirib Bunyaksk də qoydular. Şamil Ə. Qumuqlar, Noqaylar: yol qeydləri, məqalələr, 2025, 326 sәh. . O, Гереев // Краткая литературная энциклопедия. Т. 2. — 1964 müəllim ailəsində anadan olub. Atası latış, anası isə rus idi. Oğlan erkən yaşlarında yetim qalıb.. Arsu Gereyev oğlana mərhum qardaşı Yusupun adını verib.. Araşdırıcılar valideyinlərini itirən Yakovu atasının dostu latış Avqustin Skrabe himayəsinə götürdüyünü yazırlar. O, dostunun oğluna böyük qayğı göstərməklə yanaşı, təhsilinə də xüsusu diqqət yetirir. Lakin, Avqustin Skrabenin inqilabi fəaliyyətinə görə həbs edilməsi balaca Yakovun yenidən kimsəsiz qalması ilə nəticələnir. Bu dəfə onu kasıb, milliyətcə qumuq olan xalimbekaullu Arsu Qereyev himayəsinə götürür. Şamil Ə. Qumuqlar, Noqaylar: yol qeydləri, məqalələr, 2025, 326 sәh. . Arsu ona ölmüş qardaşı Yusupun adını və ailələrinin soyadını verir. Gələcəyin yazıçısı uşaqlığını dağlar qoynundakı İşkartı kəndində keçirir. Qumuq dilini ana dili kimi öyrənməklə yanaşı, xalqın psixologiyasını mənimsəyir, adət-ənənəsinə dərindən bələd olur. Yaradıcılığa başlayanda əsərlərində ondan məharətlə yararlanır, qumuqların çoxu onun bu məharətinə heyran qalır. Qumuq dili Yusup Gereyevin ikinci ana dili olub. O, kənd məktəbini bitirib, sonra isə Azərbaycanda müəllim hazırlığı seminariyasında təhsil alıb. Bakının qaynar mühiti yeniyetmə Yusupa güclü təsir edir. Xüsusən Mirzə Ələkbər Sabirin yaradıcılığından geniş istifadə edilməsi, bir növ Sabir satirasının təbliğinə səbəb olur. Gənc Yusup da bir az təbliğatın təsirindən, bir az da Sabir şeirinin axıcılığından təsirlənərək satirik poeziyanın aludəsinə çevrilir. Özü də Azərbaycan və Qumuq türklərinin başa düşəcəyi bir dildə şeirlər yazmağa başlayır. .

Qereev ictimai-siyasi işlərdə fəallıq göstərməklə yanaşı, qəzet və jurnallarda məqalələr, hekayələr çap etdirir. Bütün bunlar yeni kadrlara böyük ehtiyac duyulan diyarın partiya-sovet rəhbərlərinin diqqətindən yayınmır. Onu 1924-cü ildə Rostov Diyar Hüquqşünaslıq Kursuna oxumağa göndərirlər. Rus və Türk xalqlarının bir neçəsinin dilini gözəl bilən, eləcə də Dağıstanda yaşayan xalqların bəzilərinin danışığını anlayan, 21 yaşlı Yusup Qereyev 1924-cü ildə Rostov-na-Donu şəhərində Rostov Diyar Hüquqşünasıq Kursunu uğurla başa vurub geri dönən kimi prokurorluqda işə götürürlər.. 1925-ci ildən 1927-ci ilə qədər orduda xidmət edib. 1927-ci ildən partiyada işləyib . Ümumittifaq Kommunist Partiyasının (Bolşeviklər) Buynaksk Rayon Komitəsində təlimatçı, Buynaksk Rayonunun müstəntiqi, prokuroru və "Yeldaş" qəzetinin redaktor müavini olub. 1929-1931-ci illərdə prokuror köməkçisi, 1931-1934-cü illərdə Ümumittifaq Kommunist Partiyasının (Bolşeviklər) Xasavyurt rayon komitəsinin məsul katibi, 1934-1935-ci illərdə isə Ümumittifaq Kommunist Partiyasının (Bolşeviklər) şəhər komitəsinin büro üzvü olmuşdur.. 1936-cı ildə SSRİ Yazıçılar Birliyinin üzvü oldu və məsul katib təyin edildi.. 15 oktyabr 1938-ci ildə həbs edildi və 9 yanvar 1940-cı ildə kifayət qədər dəlil olmadığı üçün azadlığa buraxıldı. 27 noyabr 1941-ci ildə Xasavyurtda dəmir yolu relslərini keçərkən qatarın vurması nəticəsində vəfat etdi..

Yaradıcılığı O, 1920-ci illərin sonlarında nəşr edilməyə başladı. Din əleyhinə mövzulara həsr olunmuş hekayələri respublika qəzetləri olan "Leninski Put" və "Daqestanskaya Pravda"da dərc olundu. 1927-ci ildə "İnsan dərdlərinə dərman" adlı toplusu nəşr etdi. 1928-ci ildə "Sputnik" və "Ən faydalı dualar" kitabları nəşr olundu. 1930-cu illərdə o, müasir sovet həyatı, xüsusən də kənd haqqında geniş yazıb ("Abaz", "Bəsmilla", "Əzhainin planları", "Mərjanatın qayğıları" və s. hekayələri). "Ustaz" hekayəsində dini qərəzləri satirik şəkildə təqdim etməyə davam etdi. 1927-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən Dağıstana qayıdan Yusup prokurorluqda işləyənlərin sadə insanlara qarşı qəddarlığından, haqsızlıqlarardan bezdiyindən özünə partiya-sovet təşkilatlarında iş tapır. Vəzifə tapşırıqlarını vicdanla yerinə yetirməklə yanaşı, dövrün ideoloji tələblərinə cavab verən satirik hekayələr də yazır. "Daqqaze" nəşriyyatı 1927-ci ildə yazıçının qumuq dilində "İnsanın bədbəxtliyinin dərmanı", 1928-ci ildə "Yolgöstərən", "İnq paydalı dualar" (Ən faydalı dualar) hekayələr kitablarını oxucu mühakiməsinə verir. Yusup Qereyevin hekayələrində tənqid hədəfinə çevirdiyi savadsız, məhdud dünyagörüşlü, bürokrat məmurların bir çoxu onun iş yoldaşları və ona rəhbərlik edənlərdi. Həmin adamlar da satirik yazıçının hər gün bürokratik aparatın içərisində olmasını, onların bacarıqsızlığını, saxtakarlığını, yaltaqlığını və ikiüzlülüyünü görün içtimailəşdirməyinə dözə bilmirlər. Beləcə gənc yazıçı partiya işindən uzaqlaşdırılır.

Yusup Qereyevin cəhaləti, geriliyi, dini, bəzən də onlara qataraq milli adət-ənənələri də tənqit etməsi Sovet ideologiyası ilə üst-üstə düşürdü. Yazıçının özü də bolşeviklərin xalqların azadlığa çıxaracağına, onları xoşbəxt bir cəmiyyətə aparacağına ürəkdən inanırdı. Odurki, hekayələrini "Şimaldan qelqen yazbaşı" (Quzeydən gələn bahar) adı altında toplayıb "Daqqaze" nəşriyyatında çap etdirir. "Molla Nasritdinin sapar yoldaşı" kitabı isə yazıçıya böyük uğur qazandırır.

1934-cü ildə Yusup Gereyevin Dağıstanda Sovet hakimiyyətini qurmaq uğrunda mübarizəni təsvir etdiyi "Şimaldan yaz gəldi" ("Şimaldan gələn yazbaş") povesti nəşr olundu. 1935-ci ildə onun rus dilində "Uğursuzluq" adlı qısa hekayələr kitabı nəşr olundu. O, "Şamil" və "Kim kimi məğlub edəcək?" pyeslərini yazıb. O, Dmitri Furmanovun "Çapayev" romanını qumuq dilinə tərcümə edib. Kumık Dram Teatrı üçün Mdivaninin "Şərəf" və Karasevin "Mayak işıqları", "Dağ" və "Biz gəlirik" əsərlərini tərcümə edib.. Dağıstanda gənc yazıçıların təşkilatlanması üçün var qüvvəsilə çalışan Yusup Qereyevi 1934-cü ildə yaradılan SSRİ Yazıçılar İttifaqının Dağıstan şöbəsinə məsul katib işləməyə göndərirlər. Çoxdilli bir diyarda, həm də ideoloji mübarizənin olduqca kəskinləşdiyi bir zamanda yazıçıları bir çatı altında toplamaq heç də asan olmur. Belə gərgin zamanda o, bədii yaradıcılığından da qalmır. “Daqqaze” nəşriyyatı onun ana dilində "Biyler va adatlar" (Bəylər və adətlər) hekayələr kitabını, Quzey Qafqaz Diyarşünaslıq Nəşriyyatı isə 1935-ci ildə rus dilində "Neudaça" (Uğursuz) kitabını çap edir. Yusup Qereyev hekayələr və məqalələr yazmaqla kifayətlənmir, Rus dilindən tərcümələr edir, dramçılıqda da qələmini sınayır.. Yusup Qereyev yazıçılar təşkilatının işini canlandırmaq və yazıçıları ideoloji yönlü əsərlər yazmağa istiqamətləndirmək məqsədilə 1936-cı il sentyabrın 30-da "Komsomolets Daqestana" qəzetində "Gənc yazıçıların vəzifələri haqqında" məqaləsini çap etdirir. Məqalə böyük əks-səda doğurur. Bu da rəhbər partiya-sovet işçilərinin istəklərinə cavab verir. Şair, publisist, bəstəkar, peşəkar qumuq teatrının əsasını qoyanlardan biri kimi tanınan Yusup Qereyevin bədxahları da az olmur. Onun Şeyx Şamil əsərini beynəlmiləlçiliyə zidd, rus xalqına qarşı yönəldilmiş, xalqlar dostluğuna zərbə vuran əsər kimi də dəyərləndirirlər. İkinci Dünya Savaşına başlayanda Yusup Qereyevi orduya səfərbərliyə alırlar. O, cəbhədən geri dönmür. Lakin, Yusup Qereyevin həyat və yaradıcılığına münasibət heç də birmənalı deyil. .

Əsərləri Сочинения Молла Насрутдинни сапар ёлдашы, Махачкала, 1962; в рус. пер. — Неудача. Сб. рассказов и повесть, Пятигорск, 1935; Рассказы, Махачкала, 1955; Весна, пришедшая с Севера. [Сборник], Махачкала, 1959.

Ədəbiyyat Очерки дагестанской советской литературы, Махачкала, 1957. Гереев Юсуп (1903—1941) // Писатели Дагестана — XX век / авт.-сост. Мурад Ахмедов. — Махачкала: Изд-во «Юпитер», 2004. — С. 149—151. Махсутгереев Рашитхан Махсутгереевич. Современное осмысление художественной прозы Юсупа Гереева : диссертация кандидата филологических наук : 10.01.02

İstinadlar

Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ şairləri Kateqoriya:Qumuq şairlər Kateqoriya:Qumuq ədəbiyyatı Kateqoriya:Qumuq dili