Adnan Bərəkət () — sağ vinger mövqeyində çıxış etmiş Mərakeş əsilli Niderland futbolçusu.

O, "NAK Breda", "Eyndhoven", "Kambür", "Bakı", "Den Bosx" və s. kimi klublarda çıxış etmişdir.

Karyerası Bərəkat 2010-cu ilin yanvarında Azərbaycan Premyer Liqası təmsilçisi "Bakı" klubu ilə 2,5 illik müqavilə imzalamışdır. "Bakı"nın heyətində debütunu 2 fevral 2010-cu ildə "Turan Tovuz"a qarşı keçirilən ev oyununda etdi, həmin oyun paytaxt təmsilçisi üçün 2:1 qələbə hesabı ilə bitdi. Klub forması ilə Bərəkət ilk qolunu növbəti mövsüm 6 noyabr 2010-cu ildə 3:1 hesabı ilə bitən "Gəncə" klubuna qarşı keçirilən oyunda vurdu.

2011-ci ilin noyabrında Bərəkət aylarla maaş almadan "Bakı" klubundan ayrıldı. Barakat Bakıdan getdikdən sonra 2012-ci ilin yanvarında "Muanqtonq Yunayted" ilə müqavilə imzalasa da, Bakı ilə mübahisəsi səbəbindən yeni klubunda həmən oyunlara çıxa bilmədi və klub onun qeydiyyatını dayandırdı. 2013-cü ilin iyil ayında "Muanqtonq Yunayted"i tərk etdi.

Mükafatları

Klub "Bakı"

Azərbaycan Kuboku (1): 2009–10

Muanqtonq Yunayted

Tayland Premyer Liqası (1): 2012

İstinadlar

Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Bərəkət Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Niderlandlı legioner kişi futbolçular