V Françesko (; ) — sonuncu Modena və Reccio hersoqu.
1819-cu ildə Modenada dünyaya gəldi. Atası Avstriya-Este ailəsindən olan ilk Modena və Reccio hersoqu IV Françesko, anası isə Sardiniya kralı I Viktor Emmanuilin qızı Savoyyalı Mariya Beatrisadır.
30 mart 1842-ci ildə Bavariya kralı I Lüdviqin qızı Adelqundayla evləndi. Cütlüyün yeganə övladı Anna Beatrisa (1848-1849) isə hələ 1 yaşı olmadan vəfat etdi. Atasının vəfatının ardından 1846-cı ildə taxta çıxarıldı. 1848 inqilabı əsnasında ölkədən qaçmağa məcbur olsa da, ertəsi il Avstriya birliklərinin yardımıyla suverenliyini bərpa etdi. 1859-cu ildə Fransa və Sardiniya birlikləri tərəfindən işğal edildi. 11 iyunda V Françesko ölkədən qaçdı. Bütün torpaqları yeni yaradılacaq olan İtaliya krallığına ilhaq edildi.
Sürgündə Vyanada yaşayan V Françesko 20 noyabr 1875-ci ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Giornale della Reale Ducale Brigata Estense, Ristampa anastatica Aedes Muratoriana, Modena 1977 Gian Carlo Montanari, I Fedelissimi del Duca – La Brigata Estense, Edizioni il Fiorino, Modena 1995 Elena Bianchini Braglia, In esilio con il Duca, Il Cerchio Iniziative Editoriali, Rimini 2007. Nicola Guerra, "I filoestensi apuani durante il processo di unita' nazionale" in Rassegna storica Toscana, 2003
İstinadlar
Kateqoriya:İtaliya hersoqları Kateqoriya:Roma-Katolik monarxları