Abbasqulu xan Uğurlu xan oğlu Ziyadoğlu-Qacar () — Qarabağ bəylərbəyi, Səfəvi ordusunun komandanı (sərdar - general), səfir.

Həyatı Abbasqulu xan Uğurlu xan oğlu II Şah Səfinin (Süleymanın) yaxın adamlarından sayılırdı. Bir müddət Bərdənin hakimi olmuşdu.Gürcüstan valisi Georgiyə mehmandarlıq etmişdi. Atasının vəfatından sonra, 1666-cı ildə Qarabağın və 1688-ci ildən 1694-cü ilədək kaxetiyanın hakimi oldu. Şah Sultan Hüseyn Səfəvi onu Qarabağ və kaxetiyadan çağırıb İsfahana gətirtdi.

Abbasqulu xan Şah Sultan Hüseynin hakimiyyətinin ilk dönəmində bütün Qızılbaşlar ordusunun başında durmuşdu.

Abbasqulu xan ordu komandanı kimi Süleyman paşanı məğlub etmişdi. Üsyançı Baban kürdlərini cəzalandırmışdı. Qasım sultan Avramini öldürmüşdü.

Mənbə

Həmçinin bax Qarabağ bəylərbəyliyi

Xarici keçidlər Abbasqulu xan

Kateqoriya:Qarabağ bəylərbəyiləri Kateqoriya:XVII əsr şəxsləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Qarabağ və Gəncə Qacarları