thumb|Türk Dövlətləri Təşkilatının 7-ci Sammiti. Azərbaycan, Bakı (15 Oktyabr, 2019). Türk Dövlətləri Təşkilatının sammitlərinin siyahısı məqaləsində — 2011-ci ildən Türk Dövlətləri Təşkilatının başçılarının Zirvə toplantılarının siyahısı təqdim olunub.

Sammitlər 1992-2010-cu illərdə Türkdilli Dövlətlərin Zirvə toplantısı adı ilə keçirilirdi. 2022-ci ildən Türk Dövlətləri Təşkilatı sammiti adı ilə keçirilir.

1-ci Sammit Türk Dövlətləri Təşkilatının ilk sammiti 21 oktyabr 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində “İqtisadi və ticarət sahəsində əməkdaşlıq” mövzusunda keçirilmişdir. Sammitdə Türk İşgüzar Şurasının yaradılmasına dair saziş imzalanıb.

2-ci Sammit 23 avqust 2012-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının ikinci zirvə toplantısı keçirilib. Mövzu "Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq" olub. Sammit zamanı Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması haqqında sazişlər imzalanıb. Türk Dövlətləri Təşkilatının rəsmi bayrağı təsdiq edilib.

3-cü Sammit 2013-cü il avqustun 16-da Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının üçüncü zirvə toplantısı keçirilib. Mövzu "Nəqliyyat sahəsində əməkdaşlıq" olub.

4-cü Sammit 5 iyun 2014-cü il tarixində Türkiyənin Bodrum şəhərində Türk Şurasının dördüncü sammiti keçirilib. Mövzu “Turizmdə əməkdaşlıq” olub.

5-ci Sammit 11 sentyabr 2015-ci il tarixində Qazaxıstanın Astana şəhərində Türk Şurasının beşinci sammiti keçirilib. Sammitin mövzusu “Media və informasiya sahəsində əməkdaşlıq” idi.

6-cı Sammit küçükresim|thumb|Türk Dövlətləri Təşkilatının 6-cı sammiti. Qırğızıstan, 2 sentyabr 2018. 2018-ci il sentyabrın 2-də Qırğızıstanın Çolpon-Ata şəhərində Türk Şurasının altıncı sammiti “Gənclər və milli idman növləri” mövzusunda keçirilib. Macarıstan təşkilata müşahidəçi qismində qoşulub.

7-ci Sammit thumb|Türk Dövlətləri Təşkilatının 7-ci sammiti, Azərbaycan, Bakı. 15 Oktyabr, 2019. thumb|Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Türk Dünyası Ali ordenini təqdim edir (2019) 2019-cu il oktyabrın 15-də Azərbaycanın paytaxtı Bakıda “Kiçik və orta sahibkarlığın dəstəklənməsi” mövzusunda Türk Şurasının yeddinci sammiti keçirilib. Özbəkistan bu sammit zamanı Türk Şurasının tamhüquqlu üzvü oldu və sammitin sonunda Bakı Bəyannaməsi imzalandı.7th Summit of the Turkic Council was held in Baku.Uzbekistan Participates in its First Turkic Council Summit as Full Member Sammitdə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Türk dünyasının ali ordeni” ilə təltif edildi."40 Karede Erdoğan: Türk Konseyi fotoğrafı"

Fövqəladə sammit 10 aprel 2020-ci il tarixində COVID-19 pandemiyası ilə bağlı “COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq və həmrəylik” mövzusunda fövqəladə videokonfrans sammiti keçirilmişdir.

Video konfrans sammiti 31 mart 2021-ci il tarixində “Türküstan – Türk Dünyasının Ruhani Paytaxtı” mövzusunda qeyri-rəsmi videokonfrans sammiti keçirilmişdir. "Turkistan Declaration of the Informal Summit of the Cooperation Council of Turkic Speaking States" Qazaxıstanın Türküstan şəhəri türk dünyasının mənəvi paytaxtı elan edildi.Turkic Council Informal Meeting Names Turkistan a Spiritual Capital of Turkic World Türkistan Türk dünyasının manevi başkenti oldu

8-ci Sammit thumb|Türk Dövlətləri Təşkilatının 8-ci sammiti, İstanbul, Türkiyə (12 noyabr, 2021). thumb|Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyası Ali ordenini təqdim edir (2021 il) Türk Dövlətləri Təşkilatının səkkizinci sammiti 12 noyabr 2021-ci il tarixində Türkiyənin İstanbul şəhərində “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda keçirilmişdir. Sammit zamanı iştirakçılar Türk Şurasının adının Türk Dövlətləri Təşkilatına"Türk dünyası entegrasyona yelken açtı". dəyişdirilməsini təsdiqləyiblər və Türkmənistan təşkilata müşahidəçi üzv kimi qoşulub.Türk Konseyi, Türkmenistan’ın İstanbul'daki zirveye "gözlemci olarak katılımını" oy birliğiyle kabul etti Azərbaycan prezidenti İlham Əliyev Türk Dünyası Ali ordeni ilə təltif edildi.Eighth Summit of the Organization of Turkic States was held in Istanbul Sammitin sonunda İstanbul Bəyannaməsi imzalandı."Cumhurbaşkanı Erdoğan: Kuzey Kıbrıs Türk Cumhuriyeti'ni Türk Konseyi'nde görmeyi arzu ediyoruz".Turkic Council summit begins in Istanbul, focusing on green technologies, smart cities

Sammit İstanbulun Demokratiya və Azadlıqlar Adasında (Yassıada) keçirilib.

9-cu Sammit right|thumb|Türk Dövlətləri Təşkilatının 9-cu sammiti, Özbəkistan, Səmərqənd (11 noyabr 2022) Türk Dövlətləri Təşkilatının 9-cu Sammiti 11 noyabr 2022-ci ildə Özbəkistanın Səmərqənd şəhərində təşkil etdilmişdir.Semerkant Zirvesi, Türk Devletleri Teşkilatını bir üst düzeye taşıyacak

Sammitdə təşkilatın növbəti beş il üçün strateji fəaliyyət planı qəbul edildi. Liderlər sammitdə son regional və beynəlxalq hadisələri müzakirə ediblər. "Samarkand is preparing for the first summit of the Organization of Turkic States Şimali Kipr Türk Cümhuriyyəti də təşkilata müşahidəçi ölkə kimi qəbul edilib.

10-cu Sammit thumb|Türk Dövlətləri Təşkilatının 10-cu Sammiti. Qazaxıstan, Astana (3 noyabr, 2023 il) Türk Dövlətləri Təşkilatının 10-cu Sammiti 3 noyabr 2023-cü il tarixində Qazaxıstanın Astana şəhərində olmuşdur.

Sammit "Türk Zamanı" mövzusu altında keçirilib. Sammitdə liderlərin Türk Dünyası çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, TDT çərçivəsində dövlətlər arasında həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub və “Türk Dövlətləri Təşkilatının 2023-2027-ci illər üçün Nəqliyyat Bağlantısı Proqramının həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı”nı imzalanıb.

11-ci Sammit thumb|Türk Dövlətləri Təşkilatının 11-ci Sammiti, Qırğızıstan, Bişkek (6 noyabr, 2024). Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci sammiti 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmişdir. Sammitdə TDT-ın Ağsaqqallar Şurasının sədri və üzvləri, müxtəlif Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Sammitin yekunlarına dair ətraflı müzakirələr edilib, əsas qətnamələr imzalanıb və türk xalqları arasında əməkdaşlığın təşviqində TDT-nın əhəmiyyəti vurğulanıb.

12-ci Sammit Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 12-ci Sammiti 2025-ci il oktyabrın 6-7 Azərbaycanın Qəbələ şəhərində keçirilmişdir. Sammit “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuşdu. Sammitin sonunda liderlər 121 maddədən ibarət Qəbələ Bəyannaməsini qəbul edib, “TDT+” formatının yaradılması, TÜRKSOY-un gücləndirilməsi və Türk Akademiyasında tənzimləmələrin aparılmasına dair sazişlər imzalanıb.

Qeyri-rəsmi Sammit Türk Dövlətləri Təşkilatının 2026-cı ildə keçirilən sammiti 15 may tarixində Qazaxıstan Respublikasının mənəvi paytaxtı Türkistan şəhərində “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunda keçirilib.Türk Dövlətləri Təşkilatı Sammitə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Comərd Tokayevin ev sahibliyi edib. Sammitdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömürəliyev iştirak ediblər.

Tədbirdə Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri həmçinin TDT Ağsaqqallar Şurasının sədri və üzvləri iştirak ediblər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türk Dövlətləri Təşkilatı Kateqoriya:Beynəlxalq hökumətlərarası təşkilatlar Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Qazaxıstanın xarici siyasəti Kateqoriya:Qırğızıstanın xarici siyasəti Kateqoriya:Özbəkistanın xarici siyasəti Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:Türkmənistanın xarici siyasəti