Şahzadə Müzeyen Zoqu (;) — alban şahzadəsi olmuşdur.
O, Camal Paşa Zoqu və Sadiyə Toptaninin qızı, eyni zamanda Albaniya kralı I Zoqun altı bacısından biri olmuşdur. 1928-ci ildə onun qardaşı kral olduqda, ona və bacı-qardaşlarına Zoqu şahzadəsi statusu verilmişdir.
Həyatı İctimaiyyət arasında nadir hallarda görünən iki böyük bacısı Şahzadə Adilə Zoqu və Nafiyə Zoqudan fərqli olaraq, kral dörd kiçik bacısına krallığın təmsil olunmasında rəsmi rollar vermişdir. Kralın hakimiyyətinin ilk illərində şahzadələr kral sarayı kompleksində ənənəvi təcrid olunmuş həyat sürmüş və nadir hallarda ailə dairəsindən kənarda görünmüşlər, lakin bu, 1936-cı ildə Şahzadə Kseniyanın toyu zamanı dəyişmişdir.
Həmin ildən etibarən kral müntəzəm olaraq rəsmi kral balları təşkil etmiş və dörd kiçik bacısının rəsmi kral təmsilçiliyi tapşırıqları ilə ictimaiyyət qarşısında görünməsini təmin etmişdir. Kseniyaya səhiyyə, Ruhiyəyə təhsil, Müzeyenə mədəniyyət, Məcidəyə isə idman sahəsində tapşırıqlar verilmişdir. Onları bu vəzifəyə hazırlamaq üçün fortepiano, rəqs, dil və atçılıq dərsləri verilmiş və onlar Qərbi Avropaya bir neçə səfərə göndərilmişlər; onlar burada bahalı alış-veriş səfərləri ilə tanınmışlar. Kral 1937-ci ildə hicabı qadağan etdikdə, o, bacılarının ictimaiyyət qarşısında çadrasız görünməsinə və digər qadınlar üçün nümünə olaraq Qərb dəbində geyinməsinə səbəb olmuşdur.
1938-ci ildəki kral toyundan əvvəl ən kiçik üç şahzadə ABŞ-yə səfər etmiş və orada onlara böyük diqqət yetirilmişdir. 1938-ci ildə onun Misir kralı Farukun əmisi oğlu şahzadə Məhəmməd Əbdülmünim (Muhammad Abdel Moneim) ilə evlənəcəyinə dair şayiələr yayılmışdır, lakin o, heç vaxt evlənməmişdir. Əbdülmünim əvəzində Osmanlı şahzadəsi Fatma Nəslişah Sultan ilə evlənmişdir.
Sürgün Şahzadə Müzeyen 1939-cu ildə İkinci Dünya müharibəsinin başlaması ilə kral ailəsinin qalan üzvləri ilə birlikdə Albaniyanı tərk etmiş və 1940-cı ildə sabiq kralın ardınca Böyük Britaniyaya sürgünə getmişdir. O 1946-cı ildə Zoqun ardınca Misirə getmişdir. Misirdə, o və xüsusilə Şahzadə Kseniya oradakı alban icması ilə əlaqə saxlamışlar. 1955-ci ildə o və ailənin qalan üzvləri Zoqun ardınca onun vəfat edəcəyi Fransaya getmişlər. O, ölümünə qədər bacıları ilə birlikdə Fransada yaşamışdır.
Mənbələr Patrice Najbor, Histoire de l'Albanie et de sa Maison Royale 1443–2007, 5 vol., Je Publie, 2008. Christo Dako, Zog the First, King of the Albanians, Tirana, 1937. Josephine Dedet, Geraldine, Reine des Albanais, Paris, Criterion, 1997. Charles Fenyvesi, Splendor in Exile, Washington, New Republic Books, 1979. Anastas Frashëri, Cila ka qënë N. M. Saj Sadije Zogu [H. M. Kraliça Ana Sadiyə Zoqu kim idi], Tirana, " Tirana ", 1935. Neil Rees, A Royal Exile: King Zog & Queen Geraldine of Albania in exile, Studge Publications, 2010. Gwen Robyns, Geraldine of the Albanians, London, Muller, Blond & White limited, 1987. Joseph Swire, Albania: The Rise of a Kingdom, New York, Arno Press & The New York Times, 1971. Jason Tomes, King Zog: Self-made Monarch of Albania, Sutton Publishing Limited, 2003. Ingrid Sharp, Matthew Stibbe, Aftermaths of War: Women's Movements and Female Activists, 1918–1923.
İstinadlar
Kateqoriya:1905-ci ildə doğulanlar Kateqoriya:1969-cu ildə vəfat edənlər Kateqoriya:Albaniyanın qadın şahzadələri Kateqoriya:Albaniyanın qadın hüquqları müdafiəçiləri Kateqoriya:Zoqu ailəsi Kateqoriya:XX əsr Albaniya qadınları