Xarəzmşah Məmunun akademiyası — orta əsrlərdə indiki Türkmənistanın Köhnə Ürgənc şəhərində yerləşən elmi-tədqiqat mərkəzi. Mərkəzin əsasını XI əsrdə xarəzmşah II Məmun tərəfindən qoyulub. Akademiyada İbn Sina, Əl Biruni kimi alimlər fəaliyyət göstəriblər. Alimlərin fikirlərinə görə akademiya Köhnə Ürgənc şəhərində Qırx Molla qalasında yerləşib. Hazırda bu ərazidə Köhnə Ürgənc qoruq muzeyi fəaliyyət göstərir.

Tarixi X əsrin sonlarına doğru Xarəzmdə həndəsə, triqonometriya, astronomiya, topoqrafiya, kimya, mineralogiya və digər elm sahələri yüksək inkişaf səviyyəsinə çatmışdı. Məhz buna görə II Məmun tərəfindən 1000-ci ildə (digər məlumatlra görə 1004-cü ildə) gələcəkdə Xarəzmşahlar dövlətinin paytaxtı olacaq Köhnə Ürgənc şəhərində bu mərkəz yaradılıb. Elmi araşdırmalar aparmaq üçün mərkəzə tarixçilər, astronomlar, riyaziyyatçılar və həkimlər toplanmışdı. ←

İstinadlar

Kateqoriya:Türkmənistanda elm və texnologiya Kateqoriya:Xarəzm