Pandoranın qutusu — qədim yunan mifologiyasında Hesiodun təxminən e.ə. 700-cü ilə aid "İşlər və günlər" poemasında Pandora mifi ilə əlaqəli artefakt.Hesiod, Works and Days. 47ff. Hesiod qeyd edir ki, Pandoranın içindəki maraq hissi onu ərinin nəzarətinə verilmiş bir qabı açmağa sövq etmiş və bununla da bəşəriyyətin üzərinə lənətlərin yayılmasına səbəb olmuşdur. Hekayənin sonrakı təsvirləri müxtəlif olmuş, bəzi ədəbi və bədii yanaşmalar Pandoranın özündən çox qutunun içindəkilərə diqqət yetirmişdir.

Orijinal rəvayətdə qeyd olunan qab əslində böyük bir saxlama küpü idi, lakin bu söz sonradan səhv tərcümə olunmuşdur. Müasir dövrdə bu hekayədən "böyük və gözlənilməz problemlərin mənbəsi"Chambers Dictionary, 1998 və ya "dəyərli kimi görünən, lakin əslində lənət olan bir hədiyyə"Brewer's Concise Dictionary of Phrase and Fable, 1992 mənalarını verən idiomlar yaranmışdır.

İstinadlar

Kateqoriya:Frazeologizmlər Kateqoriya:Magiya əşyaları Kateqoriya:Mifik əşyalar Kateqoriya:Qədim yunan mifologiyasında qadın