Konkordans — bu və ya digər konkret dildə işlənən söz və ifadələrin işləndiklər bütün kontekstlərlə və aid olduqları mənbəyə istinadla verilən siyahıdır. Konkordans ingiliscə Concordance – “razılıq”, “uyğunluq”; latınca Concordare – “razılığa gəlmək”, “razılaşdırmaq” mənalarında işlənir. Dilçilikdə konkordans – “kontekst söz göstəricisi”, “kontekstlər siyahısı”, "mənbəyə istinad verilməklə hər hansı mətndə işlənmiş bütün dil vahidlərinin (söz-formaların) işlənmə siyahısı” anlamında qəbul edilir.

Tarixi

Konkordansların tarixi orta əsrlərə gedib çıxır. Dünya elmində ilk olaraq müqəddəs dini kitablar - “Bibliya” və “Quran” mətnləri əsasında konkordanslar hazırlanıb. Mənbələrdə ilk konkordansın XIII əsrdə Hüqo de Sent-Şer tərəfindən 500 rahibin iştirakı ilə hazırlandığı göstərilir. XIX əsrdə Flügel tərəfindən müqəddəs Quranın konkordansının hazırlandığı və 1842-ci ildə Leypsiqdə nəşr olunduğu məlumdur. Müqəddəs Quranın tam konkordansı Sankt-Peterburq Universitetinin professoru Mirzə Kazımbəy tərəfindən 1859-cu ildə tərtib olunub. Hazırda kompüter texnologiyasının müasir inkişaf səviyyəsinə uyğun olaraq V.Şekspirin, M.Lomonosovun, A.Puşkinin, F.Dostoyevskinin, A.Çexovun, Q.Derjavinin, A.Axmatovanın və bir çox başqalarının əsərləri əsasında konkordanslar hazırlanıb. XIII əsrdə Hüqo de Sent-Şer tərəfindən hazırlanan Bibliya konkordansı bu sahənin inkişafında mühüm mərhələ hesab olunur.

XX əsrdə kompüter texnologiyalarının inkişafı ilə konkordansların hazırlanması avtomatlaşdırılmış və böyük mətn korpusları üzərində tətbiq olunmağa başlanmışdır.

Növləri

Konkordanslar müxtəlif meyarlara əsasən təsnif edilir:

1. Əlifba sırasına görə konkordanslar

2. Tezliyə görə konkordanslar

3. KWIC (Key Word in Context) konkordansları

4. Lemmalaşdırılmış konkordanslar

İstifadə sahələri

Konkordanslar aşağıdakı sahələrdə geniş istifadə olunur: Konkordanslar əsasən dilçilik, mətnşünaslıq, korpus dilçiliyi və leksikoqrafiya sahələrində istifadə olunur.

1. Dilin statistik təhlili

2. Lüğətlərin hazırlanması

3. Tərcümə və terminologiya işləri

4. Ədəbi mətnlərin analizi

5. Süni intellekt və Təbii dil emalı tətbiqləri

Müasir tətbiqlər

Müasir dövrdə konkordanslar dil korpusları və proqram təminatı vasitəsilə yaradılır. Bu sahədə geniş istifadə olunan alətlərdən biri Sketch Engine proqramıdır.https://www.sketchengine.eu/documentation/ Hazırda Azərbaycan dilində aşağıdakı konkordanslar hazırlanmış və korpus.azerbaycandili.az saytında yerləşdirilmişdir:

- Hüseyn Cavidin əsərlərinin konkordansı;

- Mikayıl Müşfiqin əsərlərinin konkordansı;

- Seyid Əzim Şirvaninin əsərlərinin konkordansı;

- “Kitabi-Dədə Qorqud”un konkordansı;

- Sabir Rüstəmxanlının əsərlərinin konkordansı

Həmçinin bax

• Kompüter dilçiliyi

• Korpus dilçiliyi

• Leksikoqrafiya

• Təbii dil emalı

İstinadlar

Kateqoriya:Dilçilik Kateqoriya:Kompüter dilçiliyi Kateqoriya:Korpus dilçiliyi Kateqoriya:Leksikoqrafiya