Covanni Mediçi (; ) — Böyük Toskana hersoqu I Kozimonun oğlu, kardinal, Mediçi ailəsinin üzvü.

29 sentyabr 1543-cü ildə Florensiyada dünyaya gəldi. Atası son Florensiya hersoqu I Kozimo Mediçi, anası isə onun ispan əsilli xanımı Toledolu Elyanoradır. Mükəmməl saray təlim-tərbiyəsi aldı. Ancaq böyük qardaşı Françeskonun əksinə hərbi deyil, dini sahəyə yönəldi. Atasının siyasi nüfuzundan istifadə edərək qısa zamanda yüksəldi və hələ 16 yaşında ikən Piza arxiyepiskopu, ertəsi il isə kardinal təyin edildi.

Uzun müddət vərəm xəstəliyindən əziyyət çəkən Covanni 1562-ci ildə yoluxduğu malyariya xəstəliyi səbəbilə Livornoda vəfat etdi. Anası və kiçik qardaşı Qarsiya da bir neçə gün sonra eyni səbəblə vəfat etdiSommi Picenardi G., 1888: "Esumazione e ricognizione delle Ceneri dei Principi Medicei fatta nell'anno 1857. Processo verbale e note", Archivio Storico Italiano, Serie V, Tomo I–II, M. Cellini &c., Firenze, in D. Lippi, 2006: "Illacrimate Sepolture — Curiosità e ricerca scientifica nella storia della riesumazione dei Medici", Firenze (online) .

İstinadlar

Ədəbiyyat Signorotto, Gianvittorio. Visceglia, Maria Antonietta. Court and Politics in Papal Rome, 1492–1700 : [англ.]. — Cambridge : Cambridge University Press, 2004. — P. 55, 253. — 310 p. — (Cambridge studies in Italian history and culture). — ISBN 0-511-03636-1 Murphy, Caroline. Isabella de'Medici: The Glorious Life and Tragic End of a Renaissance Princess : [англ.]. — London : Faber and Fader Limited, 2008. — P. 21, 34, 38, 45, 47, 49, 59, 61, 74–75, 78–80, 91–103, 159. — 397 p. — ISBN 978-0-23031-0

Xarici keçidlər

Kateqoriya:Xristianlıq Kateqoriya:İtaliya kardinalları Kateqoriya:Mediçilər