İeremiya () — Donatello tərəfindən yaradılmış heykəldir. Əsər Cotto kampanilasının üçüncü mərtəbəsindəki nişin bəzədilməsi üçün 1427–1435-ci illərdə hazırlanmışdır. Heykəl ağ mərmərdən hazırlanmış, təbii ölçüdədir (191 × 45 × 45 sm) və hazırda Museo dell'Opera del Duomoda saxlanılır.
Tarixi
Cotto kampanilasının şimal tərəfində yerləşən heykəllər 1420–1435-ci illər arasında yaradılmış son dörd əsər idi və ilkin olaraq kilsənin divarına yaxın yerləşdiyi üçün daha az görünəcəkləri nəzərdə tutulmuşdu. İşlər tamamlandıqdan sonra Duomo idarəçiləri (Operai-del-Duomo) bu əsərlərdən o qədər razı qaldılar ki, onları daha mühüm hesab edilən, fasada paralel yerləşən qərb tərəfə yerləşdirdilər və əvvəlki illərdə hazırlanmış Andrea Pizano və emalatxanasına aid heykəlləri başqa yerə köçürdülər.
Yeksək qiymətləndirilmiş digər üç heykəl bunlardır: müəllifi Nanni di Bartolo (təxminən 1425; postamentdəki Donatello imzası sonradan əlavə edilmişdirIl museo dell'Opera del Duomo a Firenze, cit., pag. 105.) olan və əvvəllər Vəftizçi İohann kimi tanınan bir Peyğəmbər heykəli, ; Donatello tərəfindən yaradılmış məşhur “Zukkone” (1423–1435); və yenə Nanni di Bartoloya aid Peyğəmbər Abdia (təxminən 1422).
Corco Vazari “Həyatlar” əsərində bu heykəlin modeli kimi Donatellonun dostu olan Françesko Soderinini göstərir. Onun kədərli ifadəsi, “Zukkone” nümunəsində olduğu kimi, ailəsinin Mediçilərə qarşı münasibəti ilə əlaqələndirilir.
Nişlərdə yerləşən heykəllər 1937-ci ildə muzeyə köçürülmüş, onların yerinə isə açıq havada surətləri qoyulmuşdur. Süni bürünc effekti yaratmaq üçün tünd patina ilə örtülmüş və zamanla atmosfer təsirləri nəticəsində qaralmış bu əsərlər 2000-ci illərin əvvəllərində təmizlənərək bərpa olunmuşdur.
“İeremiya” heykəli eyni zamanda “Popolano” (sadə xalq nümayəndəsi) kimi də adlandırılır, çünki onun sifət cizgiləri ifadəli və qırışlarla zəngindir.
Təsvir və stili
Heykəlin mövzusu tam dəqiqliklə müəyyən edilməmişdir; buna səbəb qeyri-müəyyən bir dövrdə Habakkuk heykəli ilə yerlərinin dəyişdirilmiş ola bilməsidir. Bununla belə, əsrlər ərzində hər iki heykəlin adı onlarla ayrılmaz şəkildə bağlı qaldığından, bu məsələ artıq ikinci dərəcəli hesab olunur.
Peyğəmbər orta yaşlı kişi kimi təsvir edilmişdir: sıx, dalğalı saçları başında kompakt kütlə yaradır, qısa saqqalı vardır və sağ çiyni açıqdır. Donatellonun əvvəlki əsərləri ilə (məsələn, şərq tərəfdəki üç heykəllə) müqayisədə burada ifadəliliyin nəzərəçarpacaq dərəcədə gücləndiyi müşahidə olunur.
Əsər dərin psixoloji təsir gücünə malik şah əsərdir və üz ifadəsinin qeyri-adi emosional gücü ilə seçilir. Başın sola əyilməsi ağız künclərinin aşağı yönəlmiş acı qatını vurğulayır; qaşlar çatılmış, boyun əzələləri gərgin vəziyyətdədir. Üz cizgiləri sıxılmış və müəyyən qədər qeyri-harmonik görünsə də, sakit jestlər və draperiyanın güclü işıq-kölgə effekti bütövlükdə əsərə möhtəşəmlik və ləyaqət hissi verir. Draperiya Habakkuk heykəlinə nisbətən daha hərəkətli və titrəkdir, xüsusilə aşağı hissədə sol ayağın irəli hərəkətini ustalıqla vurğulayır.
İstinadlar
Ədəbiyyat
AA.VV., Il museo dell'Opera del Duomo a Firenze, Mandragora, Firenze 2000. ISBN 88-85957-58-7 Rolf C. Wirtz, Donatello, Könemann, Colonia 1998. ISBN 3-8290-4546-8
Kateqoriya:Mərmər heykəllər Kateqoriya:Donatellonun heykəlləri Kateqoriya:Opera-del-Duomoda saxlanan heykəllər Kateqoriya:Yəhudi Bibliyası peyğəmbərlərinin heykəlləri Kateqoriya:İntibah heykəlləri Kateqoriya:İtaliyadakı kişi heykəlləri Kateqoriya:Florensiyadakı heykəllər Kateqoriya:İtaliyadakı mərmər heykəllər