Avstriyalı Otto Frans Jozef (; ) — Avstriya hersoqu, Habsburq ailəsinin bir üzvü. Eyni zamanda son Avstriya imperatoru I Karlın atasıdır.

21 aprel 1865-ci ildə Qratsda dünyaya gəldi. Atası hersoq Karl Lüdviq Müqəddəs Roma imperatoru II Fransın nəvəsi, anası isə İki Siciliya kralı II Ferdinandın qızı Şahzadə Mariya Annunsiyatadır. Doğulduğu əsnada əmisi I Frans İosif taxtda idi. Hələ 6 yaşında ikən anası vəfat etdi. Atası daha sonra yenidən evlənsə də, balaca bacı-qardaşlarıyla birlikdə mürəbbiyələrin himayəsində böyüdü.

2 oktyabr 1886-cı ildə Saksoniya kralı Georqun qızı Şahzadə Mariya Jozefina ilə evləndirildi. Tamamilə siyasi bir evlilik olduğu üçün bu evlilikdə xoşbəxt olmadı. Bununla birlikdə 2 övladı doğuldu.

I Karl Maksimilyan Yevgen (1895-1952)

Öncə əmisi oğlu Vəliəhd Rudolfun intiharı (1889), ardından atasının vəfatından (1896) sonra taxt sıralamasında böyük qardaşı Frans Ferdinanddan sonra ikinci yerə yüksəldi.

1900-cü illərin əvvəlində sifilis xəstəliyinə yoluxdu. Bu səbəblə ictimai həyatdan uzaqlaşdı və bir müddət Misirdə müalicə olundu. Buna baxmayaraq Avstriyaya döndükdən sonra səhhəti pisləşdi. Üzündəki çürüntülər səbəbilə kauçukdan hazırlanan bir protez burundan istifadə etdiyi bilinir. Son günlərində məşuqəsi və ögey anası tərəfindən baxıldı. 1 noyabr 1906-cı ildə Vyanada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Taylor, Edmond, 1908- (1963). The fall of the dynasties : the collapse of the old order, 1905-1922 (first ed.). New York, NY: Skyhorse Publishing. p. 25. ISBN 978-1-63450-601-4 Richard Reifenscheid: Die Habsburger in Lebensbildern. Von Rudolf I. bis Karl I., Verlag Styria, Graz, 1982, ISBN 3-222-11431-5 Italia: Ministero dell'interno (1900). Calendario generale del Regno d'Italia

İstinadlar Kateqoriya:Malta cəngavərləri Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:Avstriya ershersoqları