Əxlaqi təşviş və ya mənəvi təşviş (), bəzən sosial təşviş () — nəyinsə və ya kiminsə bir icmanın və ya cəmiyyətin dəyərlərinə, maraqlarına və ya rifahına təhlükə yaratdığı barədə geniş yayılmış qorxu hissidir. Bu anlayışı Stenli Koen inkişaf etdirmişdir.

Mövzu kateqoriyaları

Əxlaqi təşvişlər üzrə 40 ildən çox davam edən araşdırmaların nəticəsində onların necə işlədiyini və hansı təsirlərə malik olduğunu izah etməyə kömək edən bir neçə mövzu kateqoriyası müəyyən olunub.

Uşaqların istismarı

Onların tezliyindən və ekspertlərin rəylərinə asılı olmayaraq, uşaqlara qarşı müstəsna xarakteri daşıyan fiziki və cinsi istismar olayları uşaq müdafiəsinə əsaslanan siyasətə təkan verir. Ruhani xadimlər və məşhur şəxslər arasında pedofillərin aşkar olunması onların tamamilə yad adam olduqları haqqında əvvəlki təsəvvürü bir az dəyişmişdi. Halbuki, onların öz ailə daxilində və ya yaxın ətrafda olduqları ehtimalı demək olar ki, qəbul edilmir.Jenkins, Philip. Intimate Enemies: Moral Panics in Contemporary Great Britain (1992). . Filip Cenkinsin bu məsələ ilə bağlı kitabında göstərilir ki, ABŞ mühafizəkarları uşaqların istismarı ilə bağlı cəmiyyətdə mövcud olan qorxuları 1990-cı illərində internet senzurasını tətbiq etmək, homoseksual şəxsləri mühakimə etmək və gənclərə sosial nəzarəti gücləndirmək üçün istifadə edirdilər.

Alkoqol və başqa narkotiklər

XIX əsrdə Fransada absent ilə bağlı əxlaqi təşviş baş verirdi. 1860-cı illərdən bəri insanlara "absentizm" () diaqnozu qoyulurdu. İndiki dövrdə ümumi qəbul olunub ki, o zaman absentlə bağlı ortaya çıxan problemlər əsasən bu içkinin alkoqol dərəcəsinin yüksək olmasının nəticəsi idi. İddialara görə ABŞ-da alkoqol və başqa narkotiklər ilə bağlı əxlaqi təşvişlər cəmiyyətin diqqətini başqa sosial problemlərdən yayındırır. Belə məsələləri gündəmə gətirən təşkilatlardan biri Sərxoş Sürməyə Qarşı Analar () qurumudur.https://www.google.az/books/edition/Encyclopedia_of_Drug_Policy/dkj-Yue46hIC?hl=en&gbpv=1&dq=moral+panic+alcohol+and+drugs&pg=PA332&printsec=frontcover pp. 331-332

İmmiqrasiya

1970-1980 illərdə Niderlandda baş verən Tamil panikası Teun van Dayk tərəfindən araşdırılmışdır. O zaman Niderlanda böyük sayda Tamillər gəlmişdi. Van Dayk göstərmişdir ki, xəbər mətnləri və özəlliklə xəbər başlıqları əxlaqi təşvişin yayılmasında rol oynayır.Teun A. Van Dijk (1988) News Analysis: Case Studies of International and National News in the Press, LEA

Media texnologiyaları

Yeni rabitə vasitələrinin meydana gəlməsi özünü uşaqlığın və mədəniyyətin mühafizəçisi sayanlar arasında təlaş yaradır. Çox hallarda onların qorxuları həmin vasitələrdən xəbərsiz olmalarından qaynaqlanır. Bəzi qurumlar, o cümlədən dini motivləri olan təşkilatlar və "narahat valideynlər" () belə məsələlərlə bağlı senzuranın tətbiqini tərifləyirlər.Barker, M., and J. Petley, eds. 1997 Ill effects: The media/violence debate. Abingdon, UK: Routledge.

Küçə cinayəti

Şəxslərarası cinayətlər müasir KİV-lərin diqqət mərkəzindədir. Nəticədə, cavan kişilərin küçələrdə törətdiyi hücumlarla bağlı qorxular geniş yayılmış olaraq qalır.

Nümunələri

Zindanlar və Əjdahalar (1980-ci və 1990-cı illər)

Zindanlar və Əjdahalar () və başqa masaüstü oyunlar dəfələrlə Satanizmi, cadugərliyi, intiharı, pornoqrafiyanı və qətli təbliq etməkdə ittiham olunurdu. 1980-ci ildə bəzi qruplar, xüsusilə xristian fundamentalist qrupları bu oyunu sehrbazlığı və cinpərəstliyi təşviq etdiyini iddia edirdilər.

İİV/QİÇS (1980-ci və 1990-cı illər)

1980-ci illərdə KİV-lərin QİÇS-i işıqlandırması əxlaqlandırma və şişirtmə xarakteri daşıyırdı. O vaxtdan bəri bu məsələ ilə bağlı əxlaqi təşviş yayılmağa başlamışdı. QİÇS-ə "gey vəbası" və "Afrikalı xəstəlik" kimi homofob və irqçi ləqəblər verilmişdi. Lakin, vaxt keçdikçə, cəmiyyət onun heteroseksual və avropoid insanlara da təsir etdiyini anlamışdı.https://www.google.az/books/edition/The_City_Cultures_Reader/-mk5rOctXtEC?hl=en&gbpv=1&dq=1980s+aids+%22moral+panic%22&pg=PA365&printsec=frontcover p. 365

İstinadlar

Kateqoriya:Əxlaqi təşviş Kateqoriya:Sosial problemlər