54-cü Türkiyə hökuməti və ya Ərbakan Hökuməti və ya RİFAHYOL hökuməti — Türkiyədə Rifah Partiyası və Doğru Yol Partiyası tərəfindən yaradılan və 28 iyun 1996-cı ildən 30 iyun 1997-ci ilə qədər fəaliyyət göstərən koalisiya hökuməti.54 Erbakan HükümetiTürkiye Cumhuriyeti hükümetleri

Öncəsi 1995-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdən sonra 20-ci Böyük Millət Məclisi quruldu. Prezident Süleyman Dəmirəl hökuməti qurmağa Rifah Partiyasının sədri, Konyadan millət vəkili olan Nəcməddin Ərbakana tapşırıb. Lakin Rifah Partiyasının parlamentdə etimad səsverməsi üçün kifayət qədər yer tutmaması və parlamentdə təmsil olunan digər partiyaların dəstəyinin olmaması səbəbindən Ərbakan hökuməti qura bilməyib. Bundan sonra prezident Dəmirəl bu vəzifəni seçkilərdə üçüncü yeri tutan Ana Vətən Partiyasının sədri Məsud Yılmaza tapşırıb. Daha sonra Ana Vətən Partiyası və Doğru Yol Partiyası birləşdilər və Türkiyənin 53-cü hökumətini qurdular. Lakin bu hökumət cəmi üç ay davam etdi.

Təsisi Prezident Dəmirəl ikinci dəfə hökuməti qurmaq vəzifəsini Necməddin Ərbakana həvalə etdi və Rifah Partiyası ilə Doğru Yol Partiyasının qurduğu koalisiya hökuməti 28 iyun 1996-cı ildə prezident Süleyman Dəmirəlin sərəncamı ilə quruldu.

Tərəflər arasında imzalanan koalisiya sazişinə əsasən, hökumət aşağıdakı formada olacaqdı:

İlk baş nazir Nəcməddin Ərbakan olacaqdı, iki il sonra isə Baş nazir postunu Doğru Yol Partiyasının sədri Tansu Çillər tutacaqdı. Bu yolla baş nazir iki ildən bir dəyişirdi."Cumhuriyetin seyir defterinden". Nəcməddin Ərbakan Baş nazir, Tansu Çillər isə Baş nazirin müavini və Xarici işlər naziri olacaqdı.

Hökumət 8 iyul 1996-cı ildə Böyük Millət Məclisində 278 lehinə, 265 əleyhinə və 1 bitərəf səs olmaqla etimad səsverməsi aldı.

Kabinet VəzifəOfficial page of prime minister AdıPartiyaQeydlər Baş nazirNəcməddin Ərbakan Baş nazirin müavini və Xarici İşlər naziri Tansu Çillər Dövlət naziriFehim Adak Nevzat ErcanAbdullah GülIşılay Saygın Sabri TekirNafiz KurtMehmet AltınsoyNamık Kemal Zeybek Lütfi EsengünSelim EnsarioğluCəmil TunçBekir Aksoy Gürcan DağdaşUfuk Söylemez Teoman Rıza GüneriAyfer Yılmaz Sacit GünbeyBəhəddin ŞakerƏhməd DəmircanƏdliyyə naziri Şevket Kazan Milli Müdafiə naziriTurhan Tayan Daxili İşlər naziri Mehmet AğarMeral AkşenerXarici işlər naziriEmre Gönensay Maliyyə naziri Əbdüllətif Şener Milli Təhsil naziriMehmet Sağlamİctimai İşlər naziriCevat AyhanSəhiyyə naziriYıldırım Aktunaİsmail KarakuyuNəqliyyat naziri Ömer BarutçuƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Necati Çelik Sənaye və Ticarət naziri Yalım ErezƏli Rıza GönülEnergetika və Təbii Sərvətlər naziriRecai KutanMədəniyyət naziri İsmail QəhramanTurizm naziriBahattin YücelKənd Təsərrüfatı naziri Musa DəmirciMeşə Təsərrüfatı naziri Halit DağlıƏtraf Mühit naziriZiyaəddin Tokar

Sonrası Hökumətin qurulmasından bir il keçməmiş müxalifət partiyaları və prezident Dəmirəl siyasi böhrana son qoymaq üçün növbədənkənar seçkilərin zəruri olduğunu irəli sürən bəyanatlar qəbul etdilər. 28 Fevral Dövlət çevrilişi ilə Türkiyə Cümhuriyyətinin 54-cü Hökuməti dövrü sona çatdı. 1997-ci il fevralın 28-də iclas keçirildi və Milli Təhlükəsizlik Şurası bəzi qərarlar qəbul etdi. Baş nazir Ərbakan mayın 22-də TBMM-in qrup toplantısında bu açıqlamanı verdi: "Hökumətin iki yolu var idi. Birincisi, ordunun rəftarlarına meydan oxuyaraq hökuməti tərk etmək, ikincisi isə güzəştə getməyə və razı salmağa çalışmaq idi. Biz güzəştə getməyi seçdik.""Mayıs 1997". 21 may 1997-ci ildə Ali Məhkəmə Baş Prokurorluğu Rifah Partiyasının “müəyyən qeyri-qanuni fəaliyyətlərinin mərkəz nöqtəsinə çevrilməyə başladığı və bəzi üzvlərinin dünyəvi fəaliyyətini hədəfə almağa cəhd göstərdiyi” əsası ilə partiyanın bağlanması üçün Konstitusiya Məhkəməsinə iddia qaldırdı. Ərbakan 1999-cu il iyunun 18-də baş nazir vəzifəsini təhvil vermək məqsədi ilə prezident Dəmirələ istefasını təqdim etdi. Süleyman Dəmirəl yeni hökuməti qurmaq tapşırığını Ana Vətən Partiyasının sədri Məsud Yılmaza tapşırdı. 55-ci Türkiyə hökuməti Ana Vətən Partiyası, Demokratik Sol Partiya və Demokratik Türkiyə Partiyasının koalisiyası ilə Məsud Yılmazın rəhbərliyi ilə quruldu.55 III. Yılmaz Hükümeti

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə hökumətləri Kateqoriya:Türkiyənin dövlət quruluşu Kateqoriya:Türkiyədə siyasət