Şahzadə Eduard və Yekaterina Vorslinin toyu, 8 iyun 1961-ci ildə Yorkminster, Yorkda baş tutdu. Bəy namizədi Kent hersoqu Şahzadə Eduard Britaniya kralı V Corcun nəvəsi, gəlin namizədi Yekaterina Vorsli isə torpaq sahibkarı Sör Vilyam Vorslinin yeganə qızıdır.
Haqqında 8 mart 1961-ci ildə Kensinqton sarayında nişanlanan cütlüyün televiziyada nümayiş etdirilən toy mərasimi ənənəvi ingilis kilsə nigahı şəklində təşkil edildi. Bu, 1328-ci ildə III Eduard və Enolu Filippanın toy mərasimindən sonra Yorkminsterdə baş tutan ilk monarxial toy mərasimi idi.
Bəy namizədinin əmisi və vəftiz atası olan keçmiş kral Vindzor hersoqu Eduard toya dəvət edilmədi. Qonaqlar arasında yer alan Asturiya şahzadəsi Xuan Karlos və Yunan-Danimarka şahzadəsi Sofiya bu mərasimdə tanış oldular və ertəsi il evlənərək 1975-ci ildə İspaniya taxtına çıxdılar. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Corc Vindzor (26 iyun 1962) Leydi Helen Taylor (28 aprel 1964) Nikolay Vindzor (25 iyul 1970)
Qonaqlar
Bəyin ailəsindən
Dul Kent hersoginyası Şahzadə Marina, bəyin anası Şahzadə Aleksandra, bəyin bacısı Şahzadə Maykl, bəyin qardaşı Ana Kraliça Elizabet Bouz-Layon, bəyin əmisi arvadı Kraliça Elizabet və Edinburq hersoqu Şahzadə Filipp, bəyin əmisi qızı və əri Uels şahzadəsi Çarlz, bəyin əmisi nəvəsi Şahzadə Anna, bəyin əmisi nəvəsi Snoudon qrafinyası Şahzadə Marqaret və Antoni Armstronq-Cons, bəyin əmisi qızı və əri Dul Harvud qrafinyası Şahzadə Mariya, bəyin bibisi Harvud qrafı Corc Laskelles və Marion Stein, bəyin bibisi oğlu və xanımı Qloster hersoqu Henri və Leydi Alis Montakyu, bəyin əmisi və xanımı Şahzadə Vilyam, bəyin əmisi oğlu və s.
Gəlinin ailəsindən
Sör Vilyam Vorsli və Leydi Coys Morqan Vorsli, gəlinin valideynləri Sör Markus Vorsli və Leydi Brijit Vorsli, gəlinin qardaşı və xanımı Sör Vilyam Vorsli, gəlinin qardaşı oğlu Oliver Vorsli, gəlinin qardaşı Con Vorsli və Leydi Karolin Vorsli, gəlinin qardaşı və xanımı Villa Vorsli, gəlinin qardaşı qızı
Əcnəbi qonaqlar
Norveç taxt-tacının vəliəhdi Şahzadə Harald Niderland şahzadəsi Şahzadə İrina Danimarka taxt-tacının vəliəhdi Şahzadə Marqrete Yunanıstan taxt-tacının vəliəhdi Şahzadə Konstantin və s.
Mənbə
Glenville, Tony; Anderson, Fiona; and Damon, Emma, for de la Haye, Amy, ed. (1996). "Selected Glossary of British Designers 1947-1997". The Cutting Edge: 50 Years of British Fashion 1947-1997. V&A. p. 202. ISBN 1-85177-194-8 "Wedding at York of Prince Edward (1961)". British Pathé Bates, Stephen (5 September 2025). "The Duchess of Kent obituary". The Guardian Hankinson, Cyril F. J. (7 June 1961). "Tomorrow's Royal Wedding First at Minister Of York Since 1328". Ottawa Citizen.
Kateqoriya:Toylar