London Universitet Kolleci () — Londonun mərkəzində, Qover küçəsində () yerləşən London Universitetinin ilk və ən iri məktəbi.
Əsası 1826-cı ildə qoyulan və London Universiteti adlanan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur.
Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitetinin digər məktəbləri ilə birlikdə, London Universitet Kolleci (LUK) Oksford və Kembric Universitetləri ilə yanaşı "Qızıl üçbucaq" adlı üçlük yaradır.
London Universitet Kollecinin ştatına 53 London Kral Cəmiyyəti, 51 Britaniya Akademiyası, 15 Kral Mühəndislik Akademiyası və 117 Tibb Elmləri Akademiyasının üzvləri daxildir. Ali məktəbin keçmiş və indiki tələbələri, fakültə üzvlərindən 29u Nobel mükafatına layiq görülmüşdür (fəxri məzunlar və elmi işçilər nəzərə alınarsa, 40 Nobel mükafatı laureatı). İki məzun və hal-hazırkı fakültə üzvlərindən biri Riyaziyyat üzrə Filds medalına layiq görülmüşlər.
Böyük Britaniya universitetləri arasında dövlət büdcəsindən maliyyələşən (araşdırmalara ayrılan büdcə hissəsindən) universitetlərin ilk üçlüyünə daxil olan LUK (UCL) son illərdə ABŞ-nin Yel Universiteti ilə birgə multidisiplinar əməkdaşlığa başlamışdır.right|250px|thumb|London Universitet Kollecinin binası|400px
Reytinqi + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 20252626252221212021212018
+ "QS World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11754474
+ "Times Higher Education World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11142221171722
Məşhur məzunları Çaim Herzog – İsrailin 6-cı prezidenti Terri Devis – Avropa Şurasının Baş katibi Yan Luder – London şəhərinin meri Əbdül Rəhman Əlqosaibi – Səudiyyə Ərəbistanının İngiltərədəki səfiri Bryan Devis – İngiltərə Lordlar Palatasının üzvü Con Uaytinqdeyl – Marqaret Tetçerin məsləhətçisi, parlamentin üzvü Jan Vinsent-Rostovski – Polşa Respublikasının maliyyə naziri Juniçiro Koizumi – Yaponiyanın sabiq Baş naziri Teraşima Munenori – Yaponiyanın sabiq xarici işlər naziri Mahatma Qandi – Hindistan Müstəqillik Hərəkatının başçısı Edvin Montaqu – Hindistanın sabiq dövlət katibi Otto Hahn – kimya üzrə Nobel mükafatı laureatı Vilyam Ramsey – kimya üzrə Nobel mükafatı laureatı Sir Vilyam Braqq – riyaziyyat və fizika üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor – ədəbiyyat üzrə Nobel mükafatı laureatı (Hindistan) Ulf von Euler – tibb üzrə Nobel mükafatı laureatı Endryu Huksli – tibb və psixologiya üzrə Nobel mükafatı laureatı Sir Bernard Katz – tibb və psixologiya üzrə Nobel mükafatı laureatı Piter Medavar – tibb və psixologiya üzrə Nobel mükafatı laureatı Bert Sakmann – tibb və psixologiya üzrə Nobel mükafatı laureatı Fransis Krik – tibb və psixologiya üzrə Nobel mükafatı laureatı
Mənbə Lamiyə Əliyeva, Dünya universitetləri: London Universitet Kolleci , "Azərbaycan müəllimi" qəzeti, 11.11.2009, № 44.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiltərə universitetləri Kateqoriya:1826-cı ildə yarananlar Kateqoriya:Londonda təhsil Kateqoriya:Rassell qrupu