Əbu Ömər Həfs ibn Ömər ibn Əbdiləziz ibn Sühban əl-Əzdi əd-Duri əl-Bağdadi (; ) — qiraət alimi, Kisai ilə Əbu Əmrin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "ط" hərfidir.

Bioqrafiyası Hicri 150-ci (767) ildə Bağdadın şərq məhəlləsi olan Durda anadan olmuşdur.

Qiraəti əl-Kisaidən, Süleym ibn İsadan, İsmayıl ibn Cəfər əl-Mədənidən və Yəhya əl-Yezididən öyrənmişdir. O, həmçinin Şöbə ibn Əyyaşdan da bəhrələnmişdir.

Süfyan ibn Uyeynə, Əhməd ibn Hənbəl və başqalarından hədis rəvayət etmişdir. Ondan isə Əbu Hətim ər-Razi, Əbu Züra ər-Razi və başqaları hədis rəvayət etmişlər. Onun rəvayətlərinə "əs-Sünən"də yer verilmişdir.

Əd-Duri hicri 246-cı (860) ildə Səmarrə vəfat etmişdir.

Onun dövrümüzə qədər gəlib çatmış yeganə əsəri "Qiraətün-Nəbi"dir.

Həmçinin bax Əs-Susi Əbül-Haris

İstinadlar

Kateqoriya:Əzd qəbilələri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri