Qreq Allen Körstin () — ABŞ musiqi prodüseri; multiinstrumentalist və mahnı müəllifi. Bir neçə musiqi alətini peşəkar səviyyədə ifa edir. İndiyədək doqquz "Qremmi" mükafatı əldə edib. 2017 və 2018-ci illərdə iki dəfə üst-üstə "İlin prodüseri (qeyri-klassik)" seçilib. Beş mahnı onun iştirakı ilə "Billboard Hot 100" siyahısının liderliyinə çıxıb.
Q. Körstin peşəkar yoluna caz pianoçusu kimi başlayıb, sonralar "Geggy Tah" qrupunu yaradıb. 2004-cü ildə müğənni İnara Corc ilə birlikdə indi-pop dueti olan "The Bird and the Bee" qrupunu qurub.
Gitara, bas, klaviatura və zərb alətlərində ifa edir, eyni zamanda yaratdığı musiqilərdə mühəndislik və proqramlaşdırma işlərini özü görür.
Kayli Minouq, Sia, Kelli Klarkson, Holzi, "Jonas Brothers", Kendrik Lamar, Maren Morris, Beyonse, Daydo, "Gorillaz", "The Shins", Bek, Pol Makkartni, Pink, Lili Allen, Harri Stayls, Mayli Sayrus, Liam Gallaher, "Foo Fighters", PinkPantheress, Zeyn və "Wolf Alice" kimi adlarla əməkdaşlıq təcrübəsi var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:XXI əsr ABŞ musiqiçiləri