Bavariyalı Yelizaveta Lüdovika (; ) — Bavariya kralı I Maksimilyanın qızı, Prussiya kraliçası.

1801-ci ildə Münxendə dünyaya gəldi. Atası Bavariya kralı I Maksimilyandır. Üstəlik, Saksoniya kraliçası olan Amaliya Avqustanın əkiz bacısıdır. 29 noyabr 1823-cü ildə Prussiya kralı III Fridrix Vilhelmin oğlu Şahzadə Vilhelmlə evləndirildi. Ancaq yalnız 7 il sonra protestant məzhəbinə keçdi. 1828-ci ildə yarımçıq qalan hamiləliyi istisna olmaqla, cütlüyün övladı olmadı.

Ərinin 1840-cı ildə taxta çıxmasıyla Prussiya kraliçası oldu və dövlət idarəsində söz sahibi idi. Üstəlik Prussiya və Avstriya imperiyası arasında dostluq münasibətlərinin qorunmasında mühüm rol oynadı. 1861-ci ildə ərinin ölümündən sonra Şarlottenburq Sarayı və Ştolzenfels qəsrində yaşadı. Qaynı olan I Vilhelmlə yaxın əlaqələrini davam etdirdi. 1873-cü ildə əkiz bacısı Amaliya Avqustanı ziyarəti əsnasında Drezdendə vəfat etdi. Cənazəsi Potsdama gətirildi və burada dəfn olundu.

Mənbə

Ədəbiyyat

Moritz Freiherr von Bissing: ''Elisabeth Königin von Preußen'', Berlin 1974. Ludovika Hesekiel: ''Elisabeth Luise, Königin von Preußen'' (Berlin 1881). Dorothea Minkels: "Porträts der preußischen Königin Elisabeth in der Sammlung des Stadtmuseums Berlin." in: Jahrbuch 2004/2005 Stadtmuseum Berlin, pg. 278–304. Alfred v. Reumont: ''Elisabeth, Königin von Preußen'' (Berlin 1874) Dorothea Minkels: Elisabeth von Preußen. Königin in der Zeit des AusMÄRZens. Norderstedt 2008.

İstinadlar

Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Almanlar Kateqoriya:Əkiz insanlar Kateqoriya:XIX əsr Almaniya şəxsləri