Aşağı Qarasaqqal — Azərbaycan Respublikasının Samux rayonunun ərazisində yerləşmiş, hazırda Mingəçevir su anbarının altında qalmış keçmiş kənd. Kənd 1954-cü ildə Mingəçevir su anbarının tikintisi və suyun toplanması nəticəsində tamamilə su altında qalmışdır.

Mingəçevir su anbarı istifadəyə verildikdən sonra Aşağı Qarasaqqal kəndi su altında qalan yaşayış məntəqələri arasında idi və yaşayış funksiyasını tamamilə itirdi.

Əhali Kənddə əsasən azərbaycanlılar yaşayırdı. Kəndin sakinləri su altında qalma səbəbilə 1954-cü ildə əsasən Bərdə rayonuna köçürülmüşdür.

Tanınmışları Tofiq Qazıyev (1920–1999) — Bitki fizioloqu, biologiya elmləri doktoru, professor. Asim Qazıyev (1926–1999) — Azərbaycanlı şair. Azərbaycan Yazıçılar İttifaqının üzvü. Bostan Yunis oğlu Həsənov (1927–2002) — Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin direktoru (1962–1971).

İstinadlar

Kateqoriya:Samux rayonunun ləğv olunmuş kəndləri