Əl-Mucəm əl-kəbir () — Təbəraninin ən böyük və ən əhatəli hədis məcmuəsi.
Əsər "Mucəm əl-kəbir"dəki səhabə adları əşəreyi-mübəşşirədən başlamaqla, yarı əlifba sırası ilə təqdim edilmişdir. Təbərani əsərdə Ənəs ibn Malik, Cabir ibn Abdullah, Əbu Səid əl-Xudri və Aişənin rəvayətlərini qeyd etməmişdir. Əsərdə ümumilikdə 1593 tərcümeyi-hal qeyd edilmişdir.
Əsərin Sələfi nəşrində 21700 rəvayət vardır. "Əl-Mucəm əl-kəbir"in XIII–XVI və XXI cildlərinin əlyazma nüsxələri müəyyənləşdirmək mümkün olmadığından, onlarının hər birinin yerinə bir fihrist nəşr edilmişdir.
Əsərin müxtəlif nəşrləri reallaşdırılmış (Ər-Riyad: 2006; Beyrut: 2007 və s.) və əsər haqqında doktorluq dissertasiyası qələmə alınmışdır.
Həmçinin bax Əl-Mucəm əl-əvsat Əl-Mucəm əs-səğir Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları