Qraf Ardito Dezio (; ) — italyan tədqiqatçısı, alpinist, geoloq və kartoqraf.Ardito Desio . Encyclopædia BritannicaBiografia . arditodesio.it
Erkən həyatı
Dezio İtaliyanın Friuli bölgəsindəki Palmanova şəhərində anadan olmuşdur. O, Udine və Çividaledə orta məktəb təhsili aldıqdan sonra Florensiya Universitetində (1916–1920) təbiət elmləri (geologiya) dərəcəsi üzrə məzun olmuşdur. Birinci Dünya Müharibəsi zamanı o, "alpini" (dağ atıcıları) hərbi korpusunda xidmət etmiş və Pazubio dağında avstriyalılar tərəfindən əsir götürülmüşdür.
1921–1923-cü illərdə həmin universitetdə geologiya sahəsində elmi araşdırmalarını davam etdirmiş, eyni zamanda orada, həmçinin Paviya (1923–1924) və Milan (1924–1927) universitetlərində assistent kimi çalışmışdır. O, fiziki coğrafiya, geologiya və paleontologiya üzrə mühazirəçi (1928–1931), Milan Universitetində geologiya professoru və Milan Mühəndislik Məktəbində tətbiqi geologiya professoru (bu vəzifəni 1932-ci ildən 1972-ci ilə qədər icra etmişdir) olmuşdur.
Bu vəzifələrlə yanaşı, o, İtaliya, İspaniya, İsveçrə, Yunanıstan, Türkiyə və Braziliyada hidroelektrik stansiyaların tikintisi üzrə "Edison" şirkətində, habelə Yunanıstanın İctimai Enerji Korporasiyasında məsləhətçi-geoloq kimi fəaliyyət göstərmişdir. 1973-cü ildə Milan Universitetinin fəxri professoru (Professor Emeritus) adını almışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1897-ci ildə doğulanlar Kateqoriya:2001-ci ildə vəfat edənlər Kateqoriya:İtaliya səyyahları Kateqoriya:Milan Universiteti