Arif Ərdəm (, ) — Türkliyəli keçmiş futbolçu, futbol məşqçisi.
1990-cı ildə yerli "Zeytinburnuspor" klubunda karyerasına başlayan Arif Ərdəm, 15 illik peşəkar futbol karyerasına sahib olub. O, 341 liqa matçında 106 qol vurub və 2001–02 mövsümünün sonunda İlhan Mansızla birlikdə Super Liqanın ən çox qol vuran oyunçusu olub.
Ərdəm "Qalatasaray"da keçirdiyi 14 il ərzində yeddi Super Liqa və beş Türkiyə Kuboku titulunu, eləcə də 2000-ci ildə UEFA Kubokunu qazanıb.
O, 2002-ci il FIFA Dünya Kubokunda üçüncü yeri tutan Türkiyə millisinin üzvü olub. Milli komandada Ərdəm 60 oyunda meydana çıxıb və on bir qol vurub.
O, 2011–2012-ci illərdə İstanbul Büyükşehir Belediyespor klubunu çalışdırıb.
Klub karyerası Arif Ərdəm karyerasına İstanbulun "Zeytunburnuspor" klubunda başlayıb. Burada o iki oyun keçirib.
Ərdəm 1 iyun 1991-ci ildə Qalatasarayla ilk peşəkar müqaviləsini imzalayır. Klubla ilk mövsümündə 29 oyunda iştirak edib və dörd qol vurub. Ərdəm növbəti mövsümdə daha az oyunda iştirak edib və 18 oyunda dörd qol vuraraq klubun daxili treblə (Super Liqa, Türkiyə Kuboku və Türkiyə Super Kuboku) nail olmasında iştirak edib. Növbəti mövsüm olan 1993–94 mövsümü Ərdəmin bu günə qədər ən uğurlu mövsümü olub. Liqadakı doqquz qolu "Qalatasaray"a daha bir liqa titulunu qazanmağa kömək edib. Ərdəm 1999–2000 mösümündə UEFA Kubokunu qazandıqdan sonra "Qalatasaray"dakı ilk karyerasını başa vurub. Bu müddətdə ümumilikdə altı liqa titulunu, dörd kubok titulunu və dörd digər kubok titulunu qazanıb.
Ərdəm 2000–2001 mövsümünün əvvəlində "Qalatasaray"dan "Real Sosyedad"a keçdi. Lakin o, kluba qoşulduğuna görə peşman olduğunu bildirərək dedi: "İstədiyim tək şey Avropa komandasına keçmək idi… Bu barədə heç düşünməmişdim də, aldığım ilk təklifi imzaladım". Ərdəm İspaniyadakı karyerası ərzində zədələrdən əziyyət çəkir və altı aydan sonra iki oyunda bir qol vuraraq İspaniya klubundan ayrılır. O, 14 noyabr 2000-ci ildə "Qalatasaray"la təkrar müqavilə imzalayır. Növbəti mövsüm Ərdəm klubla yeddinci liqa tituluna gedən yolda Super Liqanın ən çox qol vuran oyunçusu olur. Ərdəm peşəkar karyerasına 2004–05 mövsümündə Türkiyə Kubokunu qazanaraq başa vurub.
Milli karyerası Ərdəm Milli komanda karyerasına 1991-ci ildə Türkiyənin 21 yaşadək milli komandasında başlayıb və 10 oyunda 1 qol vurub.
O, 1993-cü ildə Türkiyə Olimpiya komandası ilə Aralıq Dənizi Kubokunda iştirak edib. 1994-cü ildə ilk Türkiyənin əsas milli komandasının kapitanı olub. İki il sonra Türkiyə 1996-cı il Avropa Çempionatına vəsiqə qazanıb. O, milli komandanın Avropa Çempionatı üçün heyətinə çağırılı, lakin Türkiyə millisi turnirdə xal qazana bilməyir.
Milli karyerasının müstəsna bir anı UEFA Avro 2000 seçmə mərhələsində baş verib. O, Şimali İrlandiyaya qarşı üç dəqiqə ərzində üç qol vurub. Bu qələbə ilə Türkiyə Avropa Çempionatına vəsiqə qazanıb və Ərdəm heyətə daxil edilib. O, komandanın əhəmiyyətli bir hissəsi olub, xüsusən də ev sahibi Belçikaya qarşı qələbə qazandıqları oyunda. Matç zamanı dəfələrlə qayda pozuntusuna məruz qalıb və Filip De Vildənin qırmızı vərəqə almasına səbəb olub. Türkiyə növbəti mərhələyə vəsiqə qazanıb, lakin Portuqaliyaya məğlub olub. Ərdəm 46-cı dəqiqədə penaltidən qol vura bilməyib. O, 2002-ci il FİFA Dünya Kubokunda da iştirak edib, amma çox oynamayıb. Onun milli komanda karyerası 1994-cü ildən 2003-cü ilə qədər davam edib və 60 oyunda 11 qol vurub.
Məşqçilik karyerası Erdem 2006-cı ildə "İstanbul Büyükşehir Belediyespor"da baş məşqçinin köməkçisi olub. 18 noyabr 2011-ci ildə Abdullah Avcı Türkiyə milli futbol komandasına məşqçi təyin edildikdən sonra "İstanbul Böyükşehir Belediyespor"un yeni baş məşqçisi oldu. Ancaq mövsümün sonunda onun müqaviləsi 14 may 2012-ci ildə klub tərəfindən ləğv edilir.
Şəxsi həyatı Ərdem, alban əsillidir. Onun valideynləri Şimali Makedoniyanın Kumanovo şəhərindən İstanbula köç etmiş albanlar olub. Məlumata görə, o, 2016-cı ildə Türkiyədə baş verən uğursuz çevrilişdən sonra Yunanıstana qaçıb. Bundan sonra Türkiyə hökuməti tərəfindən terrorçu təşkilat kimi təsnif edilən Gülən hərəkatı ilə əlaqəsi olduğu iddia edilib.
Karyera statistikası
Klub +Klub, mövsüm və yarış üzrə oyunlar və qollarKlubMövsümLiqaKubokAvropaToplamOyunQolOyunQolOyunQolOyunQolQalatasaray1991–9227420613551992–9315331111951993–94269629241131994–9532281834861995–9632872–39101996–9731820413791997–98339838149131998–992714646139191999–0021730151398Toplam244644513571134688Real Sosyedad2000–0121––21Qalatasaray2000–0120532402772001–0232210013245232002–032511205132122003–0415300622152004–0511120–131Toplam103417228513848Karyerasında cəmi34910652158516484136
Milli komanda Türkiyənin qollarının sayı və nəticələrinin siyahısı əvvəlcə, hesab sütununda Ərdəmin hər qolundan sonrakı hesab göstərilir. +Arif Ərdəmin millidə vurduğu qolların siyahısıAay.TarixMəkanRəqibHesabYarış131 August 1994Philip II Arena, Skopye, Şimali Makedoniya2–0Yoldaşlıq210 September 1997Stadio Olimpico, Serravalle, San Marino5–01998 Dünya Kuboku seçmə mərhələsi344 September 1999Vindsor Park, Belfast, Şimali İrlandiya3–0Avro 2000 seçmə mərhələsi56714 November 2001Ali Sami Yen, İstanbul, Turkiyə5–02002 Dünya Kuboku seçmə mərhələsi8921 August 2002Hüseyin Avni Aker, Trabzon, Turkiyə3–0Yoldaşlıq107 September 2002Ali Sami Yen, İstanbul, Turkiyə3–0Avro 2004 seçmə mərhələsi11
Uğurları
Qalatasaray Super Liqa: 1992–93, 1993–94, 1996–97, 1997–98, 1998–99, 1999–2000, 2001–02 Türkiyə Kuboku: 1992–93, 1995–96, 1998–99, 1999–2000, 2004–05 Türkiyə Superkuboku: 1992–93, 1995–96, 1996–97 UEFA Kuboku: 1999–2000
Türkiyə FİFA Dünya Kubokunda üçüncü yer: 2002
İstinadlar
Kateqoriya:Albaniyaəsilli Türkiyə şəxsləri Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Real Sosyedad FK futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Türkiyə futbol məşqçiləri Kateqoriya:UEFA Avro 1996 futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Futbol üzrə Aralıq dənizi Oyunları medalçıları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:1993 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular