Əl-Muqni () və ya Əl-Muqni' fi Fiqhul-İmam Əhməd ibn Hənbəl () — Hənbəli fəqihi İbn Qudamənin fiqh sahəsinə aid əsəri.

Əsər Əsərin tam adı "əl-Muqni fi fiqhi-İmamis-sünnə Əhməd ibn Hənbəl əş-Şeybani"dir. "Əl-Muqni" özündə Hənbəli məzhəbində üstün tutulan görüşləri ehtiva edir. İbn Qudamə müqəddimədə bildirir ki, əsər fiqhi hökmlərin böyük bir hissəsini əhatə etməsi üçün dəlil və əsaslandırmalardan təmizlənərək orta həcmli bir kitab kimi qələmə alınmış, bununla yanaşı, faydalı və onu əzbərləyənlər üçün başqasına ehtiyac duyulmayacaq dərəcədə yetərli (muqni) xüsusiyyətə malikdir.

"Əl-Muqni" Hənbəli fəqihlər tərəfindən qələmə alınan əsərlərə təməl təşkil etmiş, haqqında çoxsaylı haşiyə və şərhlər qələmə alınmışdır. Onlardan bəziləri bunlardır:

Əş-Şərhul-kəbir. Bu əsər Əbül-Fərəc İbn Qudamə tərəfindən qələmə alınan ilk şərhdir (Beyrut: 1972). Əl-Mutli alə əbvabil-Muqni. Bu əsərdə "əl-Muqni"dəki sözlərin lüğət və termin mənaları izah olunmuşdur (Beyrut: 1981). Şərhin müəllifi isə Əbu Abdullah Şəmsəddin Məhəmməd ibn Əbül-Fəth əl-Balidir. Əl-Mubdi fi şərhil-Muqni. "Əl-Muqni"nin ən böyük şərhidir (Beyrut: 1997). Müəllifi Burhanəddin ibn Muflihdir.

Həccavi isə əsəri "Zədül-müstəqn fi ixtisaril-Muqni" adı altında xülasə etmişdir. Bu əsər Səudiyyə Ərəbistanda orta səviyyəli dini məktəblərdə dərs vəsaiti kimi tədris edilir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar