Polad simli akustik gitara — Gitara ailəsinə aid simli musiqi aləti. Polad simli akustik gitara, gitaranın müasir bir variantıdır. Romantik simli gitaradan qaynaqlanır, lakin daha parlaq və daha yüksək səs üçün polad simlərlə təchiz olunmuşdur. Müasir klassik gitara kimi, ona da çox vaxt sadəcə akustik gitara, bəzən hətta xalq gitarası da deyilir.
Ən çox yayılmış növü daha ixtisaslaşmış tağlı üst gitara və digər variasiyalardan fərqləndirmək üçün tez-tez yastı üst gitara adlanır.
Akustik gitaranın standart köklənməsi E-A-D-G-B-E-dir (aşağıdan yüksəkə), baxmayaraq ki, bir çox ifaçı, xüsusən də barmaq üslubunda ifaçılar açıq G (D-G-D-G-B-D), açıq D (D-A-D-F♯-A-D), Drop D (D-A-D-G-B-E) və ya D-A-D-G-A-D (xüsusilə İrlandiya ənənəvi musiqisində) kimi alternativ kökləmələrdən (scordatura) istifadə edirlər.
İstinadlar
Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Gitara Kateqoriya:Amerika musiqi alətləri