Bədəus-Sənəi fi tərtibiş-Şəriə () — Kəsaninin Hənəfi fiqhi ilə bağlı qələmə aldığı əsər.

Əsər "Bədəus-Sənəi fi tərtibiş-Şəriə" Kəsaninin ən məşhur əsəridir. Əsərə qısa olaraq "Bədəus-Sənəi" də deyilir. Əsər Hənəfi fiqh ədəbiyyatının mühüm kitablarından biri hesab olunur. Müqəddimədəki məlumata görə, müəllifin əsəri yazmaqdakı məqsədi biliklərin əldə olunmasını və anlaşılmasını asanlaşdırmaq, istifadə sahəsini mümkün olduğu qədər genişləndirməkdir.

Əsər, Ələddin əs-Səmərqəndinin və Qudurinin "əl-Müxtəsər" adlı əsərlərinə əsaslanan "Töhfətül-füqaha" adlı kitabın şərhidir. Əsər klassik mənada bir şərh olmayıb, yeni bir sistemlə yazılmışdır.

Əsər ilk dəfə yeddi cild halında çap edilmişdir (Qahirə: hicri 1327–1328). Bu nəşrin ofset nəşrləri də reallaşdırılmışdır (Beyrut: 1974, 1982). Əsərdəki hədislər Əhməd Muxtar Osman tərəfindən təxric edilmiş və kitabın başqa bir nəşri Zəkəriyya Əli Yusif tərəfindən həyata keçirilmişdir (I–X, Qahirə: 1972).

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:Hənəfilər