Antalya Elm Universiteti (keçmiş adı: Beynəlxalq Antalya Universiteti) — 21 iyul 2010-cu il tarixli Rəsmi Qəzet qərarı ilə Türkiyənin Antalyada yaradılmış ikinci universitet və ilk vəqf universitetidir.8 Aralık 2015 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 4 Ekim 2020. Antalya Elm Universiteti Qayə Təhsil, Sağlamlıq, İdman və Ətraf Mühit Fondu tərəfindən təsis edilmişdir. 2012–2013 tədris ilindən etibarən tələbə qəbuluna başlayan universitetin rektoru Prof. Dr. Səmih Ekərcindir.

Rəsmi Qəzet xəbərinə görə, universitet 6 fakültədən (iqtisadi və inzibati elmlər, mühəndislik, turizm, hüquq, kommunikasiya, gözəl sənətlər və memarlıq), 4 Peşə məktəbindən (Mülki Aviasiya, Xarici Dillər, Ədalət Peşə Məktəbi) və 2 institutdan (Sosial Elmlər, Təbiət Elmləri) ibarətdir. Universitetə nəqliyyat xüsusi servis vasitələri və ictimai nəqliyyatla təmin olunur. Tədris dili ingilis dilidir. Universitetdə 83 ölkədən tələbələr təhsil alır. İlk məzunlarını 2017-ci ildə vermişdir.

Hazırda mərkəzi kampusda bir rektorluq binası, iki tədris binası və bir yataqxana binası mövcuddur. Şəhər kampusunda isə hazırlıq bölməsi və magistratura təhsili fəaliyyət göstərir. Qızlar yataqxanası mərkəzi kampusun daxilində, oğlanlar yataqxanası isə universitetin yerləşdiyi Döşəməaltı rayonundadır.

Akademik statistika 2021–2022 tədris ilində universitetdə 1260 bakalavr əvvəli, 3714 bakalavr, 546 magistr və 4 doktorant tələbə olmaqla, ümumilikdə 5524 tələbə təhsil alırdı. 2022-ci il etibarilə universitetdə 47 professor, 19 dosent, 120 doktor, 63 müəllim və 38 elmi işçi daxil olmaqla cəmi 287 akademik heyət fəaliyyət göstərirdi."Yükseköğretim Bilgi Yönetim Sistemi". istatistik.yok.gov.tr. 11 Temmuz 2019 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 17 Temmuz 2022.

Akademik tərkib

Fakültələr Stomatologiya fakültəsi Sağlamlıq elmləri fakültəsi İqtisadi və inzibati elmlər fakültəsi Mühəndislik və təbii elmlər fakültəsi Gözəl sənətlər və memarlıq fakültəsi Hüquq fakültəsi Turizm fakültəsi

Kolleclər Xarici Dillər Kolleci Ədliyyə Kolleci Peşə Kolleci Səhiyyə Xidmətləri Kolleci Mülki Aviasiya Kolleci

İstinadlar