Elektrik pianino — Pianino növü olan simli və klavişli musiqi aləti. Bu tipli pianinolar mexaniki olaraq səs çıxarır və sonra səs siqnalı pikap vasitəsilə elektrik siqnallarına çevrilir. Rəqəmsal pianinodan fərqli olaraq, elektrikli pianino elektron alət deyil, elektromexaniki alətdir. İlk elektrikli pianinolar 1920-ci illərin sonlarında kəşf edilmişdir. İlklərindən biri 1929-cu ildə istehsal olunmuş Neo-Behşteyin elektrikli böyük pianinosu idi. Ən erkən simsiz model, ehtimal ki, Lloyd Loarın Vivi-Tone Clavyer pianinosu idi.
Bu alətlərin bir çox növü əvvəlcə adi pianino üçün daha ucuz və daha portativ əvəzedici kimi yaradılmışdır. Onlar musiqi məktəbləri də daxil olmaqla təhsil məqsədləri, hərbi xəstəxanalarda yaralıları əyləndirmək (məsələn, Harold Rodosun ilk pianoları kimi) və adi pianinoların olmadığı yerlərdə qastrol səfərləri üçün nəzərdə tutulmuşdu.
Elektrik pianinoların populyarlığı 1950-ci illərin sonlarında artmağa başladı və 1970-ci illərdə zirvəyə çatdı. Onların yayılması əsasən musiqidə "elektrikli" səslərin artan populyarlığı ilə bağlı idi.
1980-ci illərdə elektrik pianinoları hərəkətli hissələr və daxili çatışmazlıqları olmadan pianino səslərini təkrarlaya bilən elektron pianolarla əvəz olunmağa başladı. Bu gün rəqəmsal elektron səhnə pianinoları ölçüləri, çəkisi və çox yönlülüyünə görə əksər orijinal elektromexaniki alətləri əvəz etmişdir. Lakin 2009-cu ildə "Rhodes Music Corporation", "Rhodes Mark 7" kimi tanınan yeni bir elektromexaniki pianino xəttinin istehsalına başladı. İstinadlar
Xarici keçidlər
Simons Hall of Electric Pianos
Simons Hall of Electric Pianos Manufactures replacement parts for vintage keyboards.
Kateqoriya:Klavişli musiqi alətləri