XIII Bakı Beynəlxalq Film Festivalı və ya XIII Bakı Beynəlxalıq Qısa Filmlər Festivalı — 2022-ci il noyabrın 11-dən 15-ə qədər Bakıda keçirilmiş film festivalı. Festivalda ümumilikdə 91 film festivalın əsas mükafatı olan "Qızıl Nar" uğrunda mübarizəyə qoşulub.
Haqqında XIII Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi 2022-ci il noyabrın 11-də Nizami Kino Mərkəzində baş tutub. Sayca 13-cü olan Bakı Beynəlxalq Film Festivalına ümumilikdə 79 ölkədən 814 film təqdim edilib. İlk dəfə XIII festivalda "Asiya istedadları" müsabiqəsi də festivala daxil edilib.
Festivalın "Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi"ndə yarışan filmləri gürcü rejissor və prodüser Georgi Ovaşvili, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü Adilə Xaybullina, türkiyəli prodüser Əmrah Kılıç, "Asiya İstedadları Qısametrajlı Film Müsabiqəsi"ndə kino tənqidçisi Aliyə Dadaşova və Əməkdar rəssam Rəşad Ələkbərzadə, "Yerli Qısametrajlı Film Müsabiqəsi"ndə isə filmləri kinorejissor Mirsadıq Ağazadə, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, şair, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov qiymətləndiriblər.
Festivalın müsabiqədənkənar bölmələrində də müxtəlif təqdimatlar olub. "Dili bizim" bölməsində dünya azərbaycanlıları tərəfindən Azərbaycan dilində çəkilmiş filmlər nümayiş olunub. "British Council"lə əməkdaşlığın nəticəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən BAFTA mükafatına namizədlərin xüsusi nümayişi baş tutub.
2022-ci il noyabrın 15-də Nizami Kino Mərkəzində festivalın bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin "Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi"ndə rejissor Sauilius Baradinskasın (Litva) "Texno ana" filmi "ən yaxşı bədii film" nominasiyasında qalibidir. "Ən yaxşı sənədli film" nominasiyası üzrə Lois Patinonun (İspaniya) "Ulduz səpən", "ən yaxşı animasiya filmi" nominasiyasında Van Li Lyunun (Tayvan – ÇXR) "Vağ çayı" filmləri qalib adını qazanıb. "Ən yaxşı bədii film rejissoru" nominasiyasında "Rütubət" filmi ilə Turan Xəstə (Türkiyə), "ən yaxşı sənədli film rejissoru" üzrə "Yeva və Ramona" filmi ilə Minka Jakerson (İsveç), "ən yaxşı animasiya film rejissoru" nominasiyasında isə "Həşəratların oyanışı" ekran işi ilə Stefani Lensak, Fransua Leroy (Fransa) birinci olublar. Rejissor Mariya Apçevskanın (Makedoniya) "Şimal qütbü" filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
"Asiya İstedadları Qısametrajlı Film Müsabiqəsi"ndə Ramin Fərzani və Parisa Sədaiazərin (İran) "Kainatın gecəsi" filmi "ən yaxşı film" nominasiyasında qalib oldu. "Gecəyarısı" filmi ilə Nazilə Əzizi (Əfqanıstan) "Ən yaxşı bədii film rejissoru" elan edilib. Rejissorlar Rəna Vaezi və Ozra Xan Xajehin (İran) "Boşqab" filmi Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatını qazanıb.
"Yerli Qısametrajlı Film Müsabiqəsi"ndə "ən yaxşı bədii film" nominasiyasında rejissor Qulu Əsgərovun "Hasar", "ən yaxşı sənədli film" üzrə Toğrul Abbasovun "Toz çəkiləndən bəri", "ən yaxşı sosial çarx" nominasiyasında Böyükağa Əliyevin "Onun kamerası", "ən yaxşı tələbə filmi"ndə Kamal Müşfiqin "Motivator" filmləri qalib olublar. Rüstəm Babazadə "Son payız" filmi ilə "ən yaxşı rejissor", Türkan Hüseyn isə "Sonuncu foto" filmi ilə "ən yaxşı ssenari" nominasiyasında qalib adını qazanıblar. Rejissorlar Səddam Mehdiyev və Murad Hüseynov "İki yol" və "Vəhşi durnalar mövsümü" filmlərinə görə münsiflər heyətinin xüsusi mükafatını alıblar. Rejissor Aynur Kazımovanın "Unudulmuş arzular" filmi Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatını qazanıb. Elnur Paşa ("Yalnız məzar" – bədii film), Cavad Nur ("Uzaq" – sosial çarx), Amil Amal ("Vulkan üzərində ev" – sənədli film) və Ruslan Mollayev ("Sınaq" – bədii film) isə münsiflər heyətinin diplomuna layiq görülüblər.
Münsiflər heyəti
Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi Georgi Ovaşvili Adilə Xaybullina Əmrah Kılıç
Asiya İstedadları Qısametrajlı Film Müsabiqəsi Aliyə Dadaşova Rəşad Ələkbərzadə
Yerli Qısametrajlı Film Müsabiqəsi Mirsadıq Ağazadə Günel Rzayeva Əli İsa Cabbarov Qismət Rüstəmov
Qaliblər Müsabiqə Mükafat Film Rejissor Ölkə Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi Ən yaxşı film "Texno, ana" Saulius Baradinskas Ən yaxşı sənədli film "Ulduz səpən" Lois Patino Ən yaxşı animasiya filmi "Vağ çayı" Van Li Lyu Ən yaxşı bədii film rejissoru"Rütubət" Turan Xəstə Ən yaxşı sənədli film rejissoru"Yeva və Ramona" Minka Jakerson Ən yaxşı animasiya filmi rejissoru "Həşəratların oyanışı" Stefani Lensak, Fransua Leroy Ən yaxşı ssenari "Şeytan" Yan Buynovski Münsiflər heyətinin xüsusi mükafatı "Şimal qütbü" Mariya Apçevska Asiya İstedadları Qısametrajlı Film Müsabiqəsi Ən yaxşı film "Kainatın gecəsi" Ramin Fərzani, Parisa Sədaiazər Ən yaxşı bədii film rejissoru "Gecə yarısı" Nazilə Əzizi Yerli Qısametrajlı Film Müsabiqəsi Ən yaxşı bədii film "Hasar " Qulu Əsgərov Ən yaxşı sənədli film "Toz çəkiləndən bəri" Toğrul Abbasov Ən yaxşı tələbə filmi "Motivator" Kamal Müşviq Ən yaxşı sosial çarx "Onun kamerası" Böyükağa Əliyev Ən yaxşı rejissor "Son payız" Rüstəm Babazadə Ən yaxşı ssenari "Sonuncu foto" Türkan Hüseyn
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakı Beynəlxalq Film Festivalı