Mehmed Şərafətdin Aykut (;) — türk siyasətçisi.
O, son Osmanlı Məclisi-Məbusanının Ədirnə millət vəkili olub. İstanbulun işğalından sonra işğalçı qüvvələr tərəfindən həbs edilərək Maltaya sürgün edilənlər arasında idi. Sürgündən azad edildikdən sonra, Türkiyə Böyük Millət Məclisinin Ədirnə və TBMM-nin I, IV, V, V çağırış millət vəkili olmuşdur. Həyatı Şərəf Aykut 1874-cü ildə Ədirnədə anadan olub. Aykut Alp-Oruç Paşanın nəslindən olan miralay Arif bəy və Fatma xanımın oğludur. Şərəf Aykut ibtidai təhsilini Ədirnədə alsa da, 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsi səbəbindən ailəsi ilə birlikdə İstanbula köçməli olub. Əvvəlcə Qalatasaray Liseyində, sonra, Gənc osmanlıların və "Sərvəti-fünun" ədəbi hərəkatını izləmək üçün Mərcan Liseyinə oxuyub. 1891-ci ildə Mərcan Liseyini bitirdikdən sonra, İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olub. 1895-ci ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. Hüquqşünas olan Şərəf Aykut hərbi xidmətini başa vurduqdan sonra Ədirnəyə qayıdıb.Dilan, Hasan Berke, Bir Siyaset Adamı olarak Mehmet Şeref Aykut, XV. Türk Tarih Kongresi, Atatürk ve Türkiye Cumhuriyeti Tarihi, 5. Cilt, 11-15 Kasım 2006, AnkaraDilan, Hasan, Mehmet Şeref Aykut ve İzmir'de İlk Fikir Hareketleri Türk Kütüphaneciler Derneği Edirne Şubesi Yayınları No: 23 1996 Edirne
Türk millətçiliyi, türk dilini Osmanlıcaya aid terminlərdən təmizləmək və Əbdülhəmid dövrünün zülmünə qarşı çıxmaq kimi fikirlərinə görə, 1896-cı ildə gizli cəmiyyət yaratmaq ittihamı ilə səkkiz dostu ilə birlikdə həbs edildi. Türk millətçiliyi, türk dilini Osmanlı təsirlərindən təmizləmək və Əbdülhəmid dövrünün zülmünə qarşı çıxmaq kimi fikirlərinə görə, 1896-cı ildə gizli cəmiyyət yaratmaq ittihamı ilə səkkiz dostu ilə birlikdə həbs edildi. Öncə Ədirnə həbsxanasına, daha sonra isə mühakimə olunmaq üçün Yıldızdakı Kabasakal Mehmet Paşa Hərbi Məhkəməsinə göndərildi. Dostlarını müdafiə edən Aykut, rejimi təhqirdən səkkiz il sürgünə məhkum edildi və 1897-ci ildə siyasi məhbus kimi Tripoliyə sürgün edildi. İyirmi doqquz aylıq sürgündən qaçaraq 15 aprel 1899-cu ildə İzmirə gəldi və jurnalist fəaliyyəyinə başladı.
1900-cü ildə İzmirdə "Ahəng" qəzetində, 1901-1902-ci illərdə isə yenidən İzmirdə "Xidmət" qəzetində fransız dilindən tərcümə olunmuş məqalə, esse və romanlar dərc etdirmişdir. Bu dövrdə türk dili ilə bağlı məqalələrinin yaratdığı mübahisələrə görə qəzetləri Maarif Müdirliyi tərəfindən bağlanmışdır. Sonra Manisaya köçən Şərəf Aykut orada ilk həyat yoldaşı Qiymət xanımla evlənmişdir.
Ədirnədəki Bolqar üsyanından sonra 1903-cü ildə Ədirnəyə qayıtdı.
1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsi ilə o, Ədirnədə Şövkət Dağdevirənin nəşr etdiyi "Yeni Ədirnə" qəzetinin baş redaktoru vəzifəsində çalışmağa başladı. O, türk dili ilə bağlı müzakirələrini burada da davam etdirdi. 1909-cu ildə "Hukuk-u Əsasiyyə" (Konstitusiya hüququ) adı altında hüquqi məsələləri araşdıran yetmiş məqalədən ibarət seriya dərc etdirdi.Aykut, Mehmet Şeref, Trakya Millî Mücadele Tarihi Malta Hatıratı ve Malta'da Türkler, Yayına hazırlayan: Hasan Berke Dilan, Alfa Yayınları s. 7-124, İstanbul, 2010"Yeni Edirne" Osmanlicagazeler.org sitesi. Erişim tarihi: 9 Eylül 2017.
1910-cu ildə "Bu dövlət necə idarə olunur" və 1911-ci ildə "Cəmiyyət və müxalifləri" kitablarını nəşr etdirdi.
1912-ci ildə başlayan Balkan müharibəsi səbəbi ilə Bursaya köçdü. Bu dövrdə o, beş hissədən ibarət açıq məktublarını "Məktublarım silsiləsindən" başlığı altında dərc etdirdi. Müharibə bitdikdən sonra 1913-cü ildə Ədirnəyə qayıdan Aykut, Bolqarıstan cəbhəsinin dağılmasından və Mudros sülhünün imzalanmasından sonra, 1918-ci ilin oktyabrında dostları Faiq Kaltakqıran, Şövkət Dağdevirənvə Qasım Yolagəldili ilə birlikdə Ədirnədə "Trakya-Paşaeli Hüquqları Müdafiəsi Cəmiyyəti"ni qurdu. Cəmiyyətin nizamnaməsinin hazırlanmasında və rəsmi orqanı olan "Trakya-Paşaeli" qəzetinin nəşrində fəal rol oynayan Şərəf Aykut qəzetin baş redaktoru da olmuşdu.
12 yanvar 1920-ci ildə o, Misaqi-milli bəyannaməsini hazırlayan son Osmanlı Məclisi-Məbusanının Ədirnən millət vəkili, Anadolu və Rumeli Hüquqlarının Müdafiəsi Cəmiyyətinin üzvü kimi qatılmışdır. 28 yanvarda keçirilən qapalı iclasda, Aykutun da daxil olduğu Fəlahi-Vətən qrupu tərəfindən hazırlanmış "Misaqi-milli bəyannaməsi" qəbul edildi. 17 fevralda Şərəf Aykutun təklifi yekdilliklə qəbul edildikdən sonra, bəyannamənin bütün parlamentlərə və dünya mətbuatına elan edilməsi qərara alındı və o, bəyannaməni şəxsən Məclis kürsüsündən ucadan oxudu.Nejat Kaymaz, “Misak-ı Millî Üzerinde Yapılan Tartışmalar Hakkında”, VIII. Türk Tarih Kongresi, Ankara, 1977, s. 2.Altınel B. Cem, Kuruluşunun 100. Yılında Trakya Paşaeli Müdafaa-i Hukuk Derneği Yöneticilerinin Yaşam Öyküleri, Edirne Belediye Başkanlığı Yayınları, No: 30, Edirne 2018, ISBN 978-605-67594-4-4
16 mart 1920-ci ildə Britaniya qoşunları tərəfindən İstanbulun işğalından iki gün sonra, Məclisi-Məbusana basqın zamanı Şərəf Aykut və Faiq Kaltakqıran da daxil olmaqla bir neçə deputat Maltaya sürgün edildi. 2779 nömrəli həbs qərarı ilə həbs edilən Aykut 25 aprel 1921-ci ildə Maltadan azad edilərək, Ankaraya gəldi. O, Ədirnədən millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə qatıldı. Seyidbəşir Usare hadisəsini ictimaiyyətin diqqətinə çatdıran ilk şəxs olub.Mustafa Kamal Paşanın xahişi ilə bir ay ərzində Ankarada nəşr olunan Hakimiyyəti-milliyyə qəzetində "Malta və Maltadakı türklərin xatirələri" adlı məqaləsini dərc etdirdi.
Türkiyə Böyük Millət Məclisinin I çağırış müddətində, I Şöbənin rəhbəri vəzifəsində çalışmışdı.Lozanna sülh müqaviləsi zamanı Qərbi Trakiyanın yunanlara verilməsinə qarşı çıxmış, Milli paktı müdafiə etmiş və İsmət İnönüyə qarşı çıxmışdır.
1923-cü ildə Maltada sürgündə olarkən "Sülalə və Millət" kitabını nəşr etdirdi.
1934-cü ildə "Bolqarlar və Bolqarıstan dövləti" və "İsmət Paşa" əsərlərini, 1936-cı ildə isə son kitabı "Kamalizm"i nəşr etdirdi.
O, 18 may 1939-cu ildə müalicə aldığı İstanbuldakı Yakacık Sanatoriyasında vəfat etdi və 21 may 1939-cu ildə Ədirnədə dəfn edildi. Ailəsi Türkan xanımla evli olan Şərəf Aykutun bu evlilikdən Fatma Sevinc Ləman adlı bir qızı dünyaya gəlib. Sevinc Ləman, Trakya Paşaeli Hüquqları Müdafiə Cəmiyyətinin fəal üzvü Fuat Koman ilə evlənib. Bu evlilikdən onların: İlhan Koman, Korhan Koman və Gönül Koman adlı üç övladı dünyaya gəlib. Uzun illər İsveçdə yaşayan məşhur heykəltəraş İlhan Koman, Şərəf Aykutun nəvəsidir.Kutay, Cemal, Üç Devirde İrfan ve Vicdanın Hasreti Millet ve Devletini Arayan Adam Mehmed Şeref Aykut 1874-1939, Teknografik Matbaacılık, İstanbul, 1985Çantay, Deniz. "Edirne’nin Leonardo Da Vinci’si; İlhan Koman…" Ankaraantikacilik.com sitesi. Erişim tarihi: 19 Ekim 2017.
Babası Oruc Aykut Paşanın nəslindən olan Bala rütbəli Mustafa Paşa olub.
Kamalizm kitabı Kitab 1936-cı ildə "CHP proqramının izahı" başlığı altında nəşr olunmuşdur. Nəşr olunduğu vaxtdan bəri çox tənqidlərə məruz qalan kitabın ən çox tənqid olunan tərəfi "Kamalizmin" iqtisadi prinsiplərə əsaslanan din olaraq verilməsidir. Kitabın PDF formatı Çankaya Universiteti tərəfindən nəşr edilib.
Əsərləri Bu dövlət necə idarə olunur / (Dərsəadət nəşriyyatı, 1910) Cəmiyyət və Müxaliflər / (Yakolevi Ədirnə nəşriyyatı , 1911) Hüdavəndigar valisi Daniş bəyə, Birinci məktub / (Bursa Hilal nəşriyyatı, 1912) Albaniyanın həyatı Osmanlı olaraq qalmaqdır, İkinci məktub / (Bursa Hilal nəşriyyatı, 1912) Türklər yaşayacaqdır, Üçüncü məktub / (Bursa Hilal nəşriyyatı, 1912) Anadolu türklərindən məktublar silsiləsindən: 4 / (Bursa Hilal nəşriyyatı, 1913) Məktublar seriyasından: Anadoluda bir müsəlman türkün Şeyxülislama son sözləri: 5 / (Bursa Hilal nəşriyyatı, 1913) Yunanlar niyə Ədirnə vilayətini tərk etmək istəyirlər? (Məktublarım silsiləsindən): 6 / (Ədirnə, 1914) Xanədan ve Millət / (Orxaniyə nəşriyyatı, İstanbul, 1923) Bolqarlar və Bolqarıstan dövləti/ (Hakimiyyəti Milliyə nəşriyyatı, Ankara, 1934) İsmət Paşa (Ədirnə, 1934) Kamalizm ("CHP proqramının izahı") / (Müəllim Əhməd Xalid kitabevi, 1936) (Qaynaq nəşriyyatı, 2008) Trakya Milli Mücadele Tarihi - Malta Hatıratı ve Malta'da Türkler / (Nəşrə hazırlayan: Həsən Bərkə Dilan. Alfa nəşriyyatı, 2010)
Mehmed Şərəf Aykut haqqında yazılmış kitablar Üç Devirde İrfan ve Vicdanın Hasreti Millet ve Devletini Arayan Adam Mehmed Şeref Aykut 1874-1939, Camal Kutay (Teknografik Matbaacılık, İstanbul, 1985) Mehmet Şeref Aykut ve İzmir'de İlk Fikir Hareketleri, Həsən Dilan (Türk Kütüphaneciler Derneği Edirne Şubesi Yayınları No: 23, Ədirnə, 1996) İttihat Terakki - Trakya Paşaeli - Misak-ı Milli Edirne Milletvekili Mehmet Şeref Aykut, Ayxan Tunca (Ədirnə, 2017)
Qalereya
İstinadlar
Kateqoriya:Maltaya sürgün olunanlar