thumb|İngiltərənin Solsberi kafedralının monastırı
Monastır həyəti ( — ) — monastır binalarının divarları boyunca uzanan və birlikdə dördbucaqlı planlı həyət yaradan örtülü gəzinti yolu, açıq qalereya və ya açıq tağlı keçid. Monastır həyəti, adətən, monastırın kafedral və ya kilsə binasına, çox vaxt daha isti iqlim şəraiti nəzərə alınaraq cənub qanadına birləşdirilir. Bu xüsusiyyət onun monastır kompleksinin ayrılmaz tərkib hissəsi olduğunu (və ya tarixən belə olduğunu) göstərir və "davamlı və möhkəm memarlıq baryeri" yaradaraq rahiblərin dünyasını, onların həyat və fəaliyyətini monastırın xaricində və ətrafında yaşayan kəndlilərin və işçilərin dünyasından effektiv şəkildə ayırır.
Monastır həyatı termini eyni zamanda rahib və ya rahibənin monastır daxilində keçirdiyi həyat tərzini ifadə edir. İngilis dilində "enclosure" termini müasir Katolik Kilsəsi hüququnun tərcümələrində "qapalı (rejimli)" mənasında işlədilir və latın mənşəli claustrum sözünün törəmələri alman dili kimi bəzi dillərdə monastır anlayışı üçün metonimik ad kimi geniş istifadə olunur.Cf. German Kloster. Qapalı din xadimləri dedikdə isə özlərini xarici dünyanın işlərindən qəti şəkildə ayıran monastır ordenlərinin üzvləri nəzərdə tutulur.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
The Code of Canon Law, cf canons 667 ff. New Advent Encyclopaedia III ff. on "Nuns, properly so called" "Cloister" in the New Advent encyclopaedia New Advent Encyclopaedia on "Religious Life" Photos and information on cloisters in France, Italy and Spain
Kateqoriya:Həyətlər Kateqoriya:Kilsə memarlığı Kateqoriya:Kolonnadalar Kateqoriya:Xristian monastır memarlığı Kateqoriya:Qotik memarlıq Kateqoriya:İran memarlığı