Əl-Hanah və ya Gamma Geminorum — Əkizlər bürcündə yerləşən qoşa ulduz.

Ulduzun ənənəvi adı Əl-Hanahdır. Ərəbcə "Əl Han'ah" "damğa" deməkdir (adətən dəvənin boynunda). Hazırda köhnəlmiş digər ərəb adlarına Alnuhatal və Almaysan daxildir. Ulduz Çin dilində 井宿三 (Quyunun Üçüncü Ulduzu) kimi tanınır.

Əl-Hanah Günəşdən 109 işıq ili məsafədə yerləşir, görünən böyüklüyü 1.93 (mütləq böyüklüyü -0.7 m) və A0 ulduz təsnifatına aiddir.

Maraqlıdır ki, Əl-Hanahın mövqeyi Siriusun göy ekvatoruna nisbətən simmetrikdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:HR cisimləri Kateqoriya:HIP obyektləri Kateqoriya:Spektral-qoşa ulduzlar